İlham Əliyev: “Bakıda İtaliya-Azərbaycan Universiteti üçün yer ayrılıb”

İlham Əliyev: “Bakıda İtaliya-Azərbaycan Universiteti üçün yer ayrılıb”

Hazırda oxunan: İlham Əliyev: “Bakıda İtaliya-Azərbaycan Universiteti üçün yer ayrılıb”

10657

“Planlarımız haqqında sizə bir məsələni də qeyd etmək istəyirəm. Əminəm ki, siz bu barədə bilirsiniz. Lakin bu istiqamətdə işlər gedir.

Bu məsələ Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi ilə bağlıdır. Biz artıq yer ayırmışıq. Artıq universitetin yaradılması ilə bağlı məsələ üzərində işlər başlayıb”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 3-də İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

““İtaliya şirkəti Azərbaycanda 1,6 milyard avrodan çox olan layihələrə cəlb edilib”-Prezident 


Prezident qeyd edib ki, bu məsələ, həmçinin, hökumət səviyyəsində razılaşdırılıb:

“Ümid edirəm ki, gərgin çalışsaq bu il biz bu işə başlaya bilərik. Çünki bu, bizim dostluğumuzun yaxşı göstəricisi olacaq və eyni zamanda, biz bu müəssisələri, bu sənaye sahələrini idarə edə bilək deyə bizim iqtisadiyyatın gələcək üçün tələb etdiyi ixtisaslar üzrə gənc azərbaycanlıların hazırlanması və təlim keçməsi məsələsində də çox önəmlidir.

Bu, həmçinin, ölkələrimiz arasında sıx dostluq əlaqələrinin güclənməsinə də kömək edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO