Prezident: “Ermənilər övladlarını Türkiyə və Azərbaycana nifrət ruhunda tərbiyə edirlər”

Prezident: “Ermənilər övladlarını Türkiyə və Azərbaycana nifrət ruhunda tərbiyə edirlər”

Hazırda oxunan: Prezident: “Ermənilər övladlarını Türkiyə və Azərbaycana nifrət ruhunda tərbiyə edirlər”

106295

“Erməni cəmiyyəti onilliklər ərzində erməni diasporu və erməni millətçiləri tərəfindən aparılmış təbliğat ilə zəhərlənib. Bu, ermənilərin Qarabağın azərbaycanlı kəndlərində və şəhərlərində, həmçinin azərbaycanlılara qarşı törətdiklərinin səbəblərindən biridir. Ermənilər övladlarını Türkiyəyə və Azərbaycana nifrət ruhunda tərbiyə edirlər”.

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Fransa sülh danışıqlarında iştirak edə bilməz və bu, onun günahıdır” - Prezident


Dövlət başçısı sonra bildirib: 

“Türkofobiya və azərbaycanofobiya Ermənistanın ideologiyası olub. Onlar özlərinin tarixi və tarixi şəxsləri haqqında o qədər miflər fikirləşiblər ki, artıq özlərinin uydurmalarına inanmağa başlayıblar. Ermənistanın bütün tarixi, bütün tarixi irsi saxtadır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO