“Rusiya rəsmiləri ilə sonuncu söhbətim zamanı Zəngəzur dəhlizini müzakirə etdik. Düşünmürəm ki, Ermənistan bu dəhlizin qarşısını almağa qadirdir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev beynəlxalq konfransda iştirak edir – CANLI YAYIM
Dövlət başçısı sonra qeyd edib:
“İrana gəlincə, mən hesab edirəm ki, o, regional kommunikasiya layihələrində maraqlı olduğunu nəzərə alaraq bunu da etməyəcək. Çünki bu layihələr heç kimə qarşı deyil, əksinə, yalnız bütün maraqlı tərəflərin xeyrinədir”.
Bizim.Media