Ermənistan-Rusiya ittifaqı mümkündürmü? – Lavrovun cavabı və politoloqdan ŞƏRH

Ermənistan-Rusiya ittifaqı mümkündürmü? – Lavrovun cavabı və politoloqdan ŞƏRH

Hazırda oxunan: Ermənistan-Rusiya ittifaqı mümkündürmü? – Lavrovun cavabı və politoloqdan ŞƏRH

10614

Ermənistan parlamentinin deputatı Tiqran Urixanyan deyib ki, rəsmi İrəvanla Rusiya qarşılıqlı inteqrasiya etməli və ittifaq dövləti formatına keçməlidir.

Bizim.Media mövzu ilə bağlı politoloq İlqar Vəlizadənin fikirlərini öyrənib. 
 

MÖVZU İLƏ BAĞLI:

Saxta erməni iddialarına peşəkar cavab – İRƏVAN DA BİZİMDİR - Fotofakt - VİDEO


O, belə təkliflərin daha çox son həftələr səsləndirildiyini bildirdi.
 

“Ermənistanın məğlubiyyəti erməni siyasətçilərinə və ictimaiyyətinə bir daha göstərdi ki, İrəvan təkbaşına Bakı ilə bacara bilməyəcək.


Yəni hər hansı bir revanşist planların perspektivləri də yoxdur. Bəzi qüvvələr düşünür ki, Rusiya ilə ittifaqa girərək Kremli erməni planlarının bir hissəsinə çevirə bilərlər. Onlar Moskvanın əli ilə məqsədlərinə nail olmaq istəyir”.

Politoloq əlavə etdi ki, 44 günlük savaş ərzində hamı Ermənistanın Rusiyadan imdad dilədiyinin şahidi oldu. 
 

“Moskva isə buna getmədi. Rusiya rəsmilərinin mövqeyi ondan ibarətdir ki, Qarabağ Azərbaycanın ərazisidir və bu məsələyə qarışa bilməzlər. İndi isə bunlar Rusiya ilə birləşərək ittifaq modelində dövlət yaratmaq barədə düşünürlər.


Beləliklə, Ermənistanın yerli siyasi ambisiyalarını guya Moskva həyata keçirəcək. Belə bir məntiqsiz ideya ilə çıxış edirlər. 

İndinin özündə də Ermənistandakı siyasətçilərin bir qismi Qarabağı Rusiyaya birləşdirmək təklifi irəli sürürlər. Lavrov bir neçə həftə bundan qabaq açıqlamasında deyib ki, bu cəfəng bir ideyadır. Rusiya bunu dəstəkləyə bilməz”.

İlqar Vəlizadənin sözlərinə görə, erməni deputatın irəli sürdüyü Rusiya ilə ittifaq ideyasının da heç bir əsası yoxdur. 

“Yeri gəlmişkən, Ermənistanın qərb diasporu bu ideyanın əleyhinə çıxış edəcək. Çünki Ermənistan siyasətinə onların da təsiri var. Erməni deputatın təklifi elə təklif olaraq qalacaq”, - deyə politoloq fikrini yekunlaşdırdı. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO