“Ermənistan müstəqil siyasət həyata keçirə bilmir” – Sahibə Qafarova 

“Ermənistan müstəqil siyasət həyata keçirə bilmir” – Sahibə Qafarova 

Hazırda oxunan: “Ermənistan müstəqil siyasət həyata keçirə bilmir” – Sahibə Qafarova 

105952

“Ermənistan müstəqil deyil, müstəqil siyasət həyata keçirə bilmir və destruktiv mövqe nümayiş etdirir, ziddiyyətli bəyanatlar verir”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 23-də Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami ilə görüşü zamanı bildirib. 

Görüşdə Milli Məclisin sədri ölkəmizin 2020-ci ildə Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan ərazilərini azad etməsi və öz ərazi bütövlüyünü bərpa etməsi, münaqişənin həllindən sonra bölgədə yaranmış yeni vəziyyət, həmçinin, hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan böyük quruculuq və bərpa işləri barədə ətraflı məlumat verib.  

Azərbaycanın hər zaman sülh istədiyini, regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində lazımi tədbirləri həyata keçirdiyini deyən spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Ermənistan müstəqil deyil, müstəqil siyasət həyata keçirə bilmir və destruktiv mövqe nümayiş etdirir, ziddiyyətli bəyanatlar verir. 
“Ermənistan bu cür hərəkətlərdən çəkinməli və sülh sazişinin imzalanması üçün real addımlar atmalıdır. 

Azərbaycan bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edir və ölkəmizə qarşı münasibətdə də eyni münasibəti gözləyir”,- deyə S. Qafarova qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO