“Azərbaycan torpaqları 30 ildir işğal altındadır. Bütün danışıqlara baxmayaraq, 30 il boyunca irəliləyiş olmadı”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Baş Obudsmanı Şərəf Malkoç Prezident İlham Əliyevlə görüşündə deyib.
Ş.Malkoç bildirb ki, sizin bu gün apardığınız mübarizə bir haqq mübarizəsi, hüquq, insan haqları sahəsində bir mübarizədir: “Bu, beynəlxalq hüququn da, insan vicdanının da, insan əxlaqının da ən təbii və doğru haqqıdır. Siz bunu qeyri-adi dərəcədə gözəl həyata keçirirsiniz.Sizin hər axşam neçə kəndin, neçə şəhərin işğaldan azad edildiyi barədə açıqlamalarınız bütün Türkiyədə insanların könlünə fərəh, sevinc gətirir”.
Bizim.Media