YAP-ın 30 illiyində məşhur “91-lər”dən sağ qalanlar KİMLƏRDİR? - ARAŞDIRMA 

YAP-ın 30 illiyində məşhur “91-lər”dən sağ qalanlar KİMLƏRDİR? - ARAŞDIRMA 

Hazırda oxunan: YAP-ın 30 illiyində məşhur “91-lər”dən sağ qalanlar KİMLƏRDİR? - ARAŞDIRMA 

105517

Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümüdür. Uzun illlərdir iqtidarda olan YAP-ın qurulmasında isə heç şübhəsiz ki, 91 nəfərin xüsusi rolu olub. Belə ki, sonralar “91-lər” kimi tanınan bu şəxslər bəyanat yayaraq, Heydər Əliyevin siyasətə qayıtması üçün müraciətə imza atıblar.

Həmin dönəmdə Naxçıvan Ali Məclisinə sədrlik edən Heydər Əliyev həmin 91 nəfəri YAP-ın “qızıl fondu” kimi təqdim etmişdi.

Bəs, müstəqil Azərbaycanın ən böyük partiyasının qurucuları olan “91-lər” indi haradadır?

Bizim.Media bu suala cavab axtarıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev YAP-ın 30 illik tədbirində çıxış edib - FOTO/VİDEO


Əvvəla qeyd edək ki, həmin ziyalılardan 49 nəfər artıq dünyasını dəyişib. 

Ziya Bünyadov, Fərəməz Maqsudov, İqrar Əliyev, Məmmədtağı Cəfərov, Sabir Hacıyev, Xəlil Rza Ulutürk, Sirus Təbrizli, Əlfəddin Abdullayev, Murtuz Ələsgərov, Əkbər Bayramov, Zahid Qaralov, Həsən Balıyev, Adil Qasımov, Fikrət İsmayılov, Həsən Mirzəyev, Zahid Xəlilov, Abbas Səmədov, Səfyar Musayev, Musa İlyasov, Tələt Qayıbov, Məmməd Məmmədov, Rafiq Əminzadə, Əlişir Musayev, İbrahim İsayev, Faiq Cəfərov, Liliya Luqovaya, Pənah Mahmudov, Zakir Sərdarov, Maqsud Nəcəfov, Nəbi Əsgərov, Musa Heydərov, Nəzir Əhmədov, Allahyar Hüseynov, Aydın Əhmədzadə, Vidadi Acalov, Georqi Savoskin, Lüdviq Muradov, Rəfael Allahverdiyev, Rafiq Qasımov, Kərəm Kərimov, Möhsün Möhsünov, Mirzə Əsgərov, Ziya Paşa, Ariz Abduləliyev, Əjdər İsmayılzadə, Hacı Hacıyev, Kərəm Kərimov, Səlahəddin Quliyev və Tofiq Hüseynov vəfat edən “91-lər” siyahısındadır.

YAP-ın “qızıl fondu”ndan daha iki nəfər Mixail Zabelin və Eldar İbrahimov isə Milli Məclisin deputatlarıdır.

Ağabəy Əsgərov - Milli Məclisinin I və II çağırış deputatı olub. O, həm də 2005-2021-ci illərdə "Azərbaycan" nəşriyyatının baş direktoru kimi fəaliyyət göstərib.

Allahverdi Hacıyev – görkəmli filoloq Allahverdi Hacıyev elmi-pedoqoji fəaliyyətlə məşğuldur. 

Asif Cahangirov – Əməkdar müəllim. 2019-cu ilin noyabrından Avropa Azərbaycan Məktəbinin direktoru vəzifəsindədir.

Eldar Abbasov – Milli Məclisin I çağırış deputatı. 2006-cı ildən Azərbaycan Tibb Universitetinin professorudur.

Ədalət Fərəcov - Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü, professordur.

Əli Nağıyev – 1996-2006-cı illərdə əmək və əhalinin sosial müdafiəsi naziri, 2006-2011-ci illərdə isə Belarusdakı səfirimiz olub. Hazırda siyasi fəaliyyətdən uzaqdır. 

Əli Əhmədov – Milli Məclisin sabiq deputatıdır. Ə. Əhmədov 2013-cü ildə Baş nazirin müavini, 2005-ci ildən isə YAP-ın sədr müavinidir.

Əli İnsanov – Sabiq səhiyyə naziridir. Hal-hazırda Haqq-Ədalət Partiyasının sədridir.

Əli Nuriyev – İqtisad elmləri doktoru, professor Əli Nuriyev 2001-ci ildəm bəri AMEA-nın müxbir üzvüdür. Pedoqoji fəaliyyətlə məşğuldur.

Əli Ömərov – 1993-1994-cü illərdə Baş Prokuror olan Əli Ömərov da hal-hazırda hər hansı vəzifəni icra etmir.

Əziz Axundov – bir dönəm Nəsimi Rayon Bələdiyyəsinə sədrlik edən Əziz Axundovun hazırki fəaliyyəti ilə bağlı hər hansı məlumat yoxdur.

Hacıbala Abutalıbov – Bakı şəhərinin sabiq meri, baş nazirin keçmiş müavini Hacıbala Abutalıbov da uzun müddətdir mətbuatdan uzaq qaçır. Onun da nə işlə məşğul olduğu məlum deyil.

Heydər Hüseynov – Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəllimidir.

Xeyrəddin Qoca – Milli Məclisin I çağırış deputatı olan Xeyrəddin Qoca hal-hazırda ədəbi fəaliyyətlə məşğuldur.

İbrahim Əzizov – Biologiya elmləri doktoru, professor İbrahim Əzizov 2001-ci ildən AMEA-nın müxbir üzvüdür.

İsgəndər Quliyev - Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif edilib. Tarix elmləri namizədi elmi-peoqoji fəaliyyətlə məşğuldur.

Lalə Şövkət – Azərbaycan Liberal Partiyasının qurucusu olan Lalə Şövkət hazırda siyasi fəaliyyətdən uzaqdır. 

Məmməd Nəsirov – 83 yaşlı alim tibb üzrə professor, ali dərəcəli cərrahdır.
Munis Bayramov – 1992-1999-cu illərdə YAP-ın idarə heyətinin üzvü olub. Qaradağ Rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiridir.

Mübariz Əhmədov – Texnika elmləri doktorudur. “Şöhrət” ordenli alim elmi-pedoqoji fəaliyyətlə məşğuldur.

Novruz Quliyev – 2005-2020-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir müavini vəzifəsini icra edib. Biologiya üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvüdür.

Ömər Eldarov – Azərbaycan SSR-in xalq rəssamı olmuş Ömər Eldarov Azərbaycan Rəssamlıq Akademiyasının rektorudur.

Rafiq Məmmədhəsənov – Tibb elmləri doktoru və Azərbaycan Tibb Universitetinin prorektoru olan sabiq millət vəkili Rafiq Məmmədhəəsnov YAP siyasi şurasının üzvüdür.

Rizvan Cəbiyev – Milli Məclisin I və II çağırış deputatı olub. 2000-ci ildən YAP-a üzvdür. 2017-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.

Sudeyif İmamverdiyev – 84 yaşlı sabiq millət vəkili, uroloq, tibb elmləri doktorudur. 

Şahlar Əsgərov – 81 yaşlı əməkdar elm xadimi Bakı Dövlət Universitetinin professorudur. O, Təhsil Nazirliyi yanında İctimai Şuranın sabiq sədridir.

Tahir Məmmədov – Yazıçı hal-hazırda YAP Veteranlar Şurasının üzvüdür.

Vilayət Əliyev- Azərbaycan Dövlət Pedoqoji Universitetinin elmi işlər üzrə prorektorudur. 

Vüqar Rəhimzadə - Əməkdar jurnalist, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiridir. O, YAP-ın Xətai rayon təşkilatının sədridir. 

Zeynəb Xanlarova – Azərbaycan Respublikasının Xalq artisti Zeynəb Xanlarova həm də sabiq deputatdır. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO