“Azərbaycanın qərarını alqışlayıram” - İsrailin Baş naziri

“Azərbaycanın qərarını alqışlayıram” - İsrailin Baş naziri

Hazırda oxunan: “Azərbaycanın qərarını alqışlayıram” - İsrailin Baş naziri

105103

“Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir”.

Bizim.Media xəbər verir ki, bunu İsrailin Baş naziri Yair Lapid tviterdə yazıb.

O, rəsmi Bakının İsraildə səfirlik açmaq qərarını alqışladığını bildirib.

“Səfirlik açmaq qərarı iki ölkə arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir”, - hökumət başçısı vurğulayıb.
Y. Lapid, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib və və ilk dəfə İsraildə səfirlik səviyyəsində təmsil olunacaq Azərbaycan xalqını təbrik edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO