Ceyhun Bayramov Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb - FOTO

Ceyhun Bayramov Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb - FOTO

104976

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib. 

Bu barədə Bizim.Media-ya XİN-dən məlumat verilib. 

Bildirilib ki, görüşdə ikitərəfli və regional əsaslarda humanitar və mədəniyyət məsələləri, bölgədə etimad quruculuğu tədbirləri müzakirə edilib. 

C.Bayramov post-münaqişə dövründə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə məlumat verib. 

Həmçinin bildirilib ki, xüsusi nümayəndə Mixayıl Şvıdkoy bölgədə sülh və əminamanlığın təmin edilməsi istiqamətində ölkəmizin səylərinin əhəmiyyətli olduğunu vurğulayıb.  

O, mədəniyyət və humanitar sahələrdə birgə tədbirlərin həyata keçirilməsi istiqamətində dəstək verməyə hazır olduğunu bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO