“Qətnamə Fransanın qərəzli mövqeyini nümayiş etdirir” – XİN sözçüsünün Türkiyə mediasına müsahibəsi - VİDEO

“Qətnamə Fransanın qərəzli mövqeyini nümayiş etdirir” – XİN sözçüsünün Türkiyə mediasına müsahibəsi - VİDEO

Hazırda oxunan: “Qətnamə Fransanın qərəzli mövqeyini nümayiş etdirir” – XİN sözçüsünün Türkiyə mediasına müsahibəsi - VİDEO

104772

“Azərbaycan əleyhinə Fransa senatında qəbul edilmiş qərarnamə bölgədə sülh və əminamanlığın təmin edilməsinə, Azərbaycanla Ermənistan arasında normallaşma prossesinə böyük xələl gətirir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə Türkiyənin “Gündeme Dair Her Şey” (“GDH”) dijital kanalına müsahibəsində bildirib.  

XİN sözçüsü qeyd edib ki, bu qərarnamə bölgədə sülh və təhlükəsizliyə zərbə, eyni zamanda Fransanın qərəzli siyasi mövqeyini nümayiş etdirir.  

“Qətnamədə Qarabağla bağlı cəfəng iddialara gəldikdə isə qeyd etmək istəyirik ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycan Qarabağda yaşayan erməni əsilli vətəndaşların hüquq və azadlıqlarını Azərbaycan Respublikası konstitusiyasına uyğun olaraq həll edəcəkdir. Bu məsələyə 3-cü tərəflərin müdaxiləsi yolverilməzdir”, - deyə Ayxan Hacızadə vurğulayıb. 

XİN sözçüsü bildirib ki, bu qərarnamə bölgədə və eyni zamanda Ermənistanda revanşist qüvvələrin həvəsləndirilməsi məqsədi daşıyır və tərəqqiyə, sülhə mane olur:

“Azərbaycan Xarici İşlər Nazirliyi olaraq qeyd edilən qətnaməni qətiyyətlə pisləyir və rədd edirik”. 

Ayxan Hacızadənin “GDH”yə verdiyi müsahibəni təqdim edirik: 

Bizim.Media 
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO