Kino Agentliyinin Nizamnaməsi təsdiq edilib - FƏRMAN

Kino Agentliyinin Nizamnaməsi təsdiq edilib - FƏRMAN

Hazırda oxunan: Kino Agentliyinin Nizamnaməsi təsdiq edilib - FƏRMAN

104734

Prezident İlham Əliyev Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. 

Bizim.Media xəbər verir ki, Fərmana əsasən “Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnaməsi” təsdiq edilib. 

Müəyyən ediib ki, Azərbaycan Respublikası Kino Agentliyinin (bundan sonra – Agentlik) nizamnamə fondu 100000 (bir yüz min) manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. 

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Mədəniyyət Nazirliyi Agentlik dövlət qeydiyyatına alındıqdan sonra Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir. 

Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO