Tural Gəncəliyev: “Fransa beynəlxalq hüququn prinsiplərini ayaqlar altına atır”

Tural Gəncəliyev: “Fransa beynəlxalq hüququn prinsiplərini ayaqlar altına atır”

Hazırda oxunan: Tural Gəncəliyev: “Fransa beynəlxalq hüququn prinsiplərini ayaqlar altına atır”

104632

“Dünən Fransa Senatının qəbul etdiyi qətnamə Fransa tərəfindən Azərbaycanın daxili işlərinə qarışmaq, hörmətsizlikdir”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.

Deputat bildirib ki, Fransa beynəlxalq hüququn prinsiplərini ayaqlar altına atır: 

“Ümumiyyətlə, Fransanın bundan sonra BMT TŞ-nin üzvü kimi hansı üzlə sülhdən danışacağına təəccüb edirik. Fransanın bu addımı regionda dayanıqlı sülhün yaradılmasına ciddi zərbə vurur. Belə bir sənəd Ermənistanda revanşist qüvvələrə imkan yaradır. Fransa senatında oturan yeni Napoleonlar unutmamalıdır ki, Azərbaycana qarşı bu dildə danışmaq olmaz. 

Fransa Senatının qətnaməsinin dili olduqca absurddur. Azərbaycan öz ərazisindən öz ordusunu necə çıxara bilər?! Çox yaxşı olar ki, Senat belə sənədləri qəbul etməzdən əvvəl Sarbano Universitetindən bir hüquq tələbəsi çağırıb məsləhət alsınlar”.

Məsələyə deputat Vahid Əhmədov da münasibət bildirib. O təklif edib ki, Milli Məclisdə İşçi qrup yaradılsın və Fransaya siyasi cavab verilsin.

Sahibə Qafarova isə qeyd edib ki, Milli Məclisin sabah da iclası var: “Bu məsələyə baxarıq, nəzərdən keçirərik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO