İran-Azərbaycan münasibətlərində gərginlik hər keçən gün artmaqdadır. İranın Azərbaycana qarşı çirkin təxribarları da, yeni deyil.
Bizim.Media xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin son olaraq İranın Azərbaycandakı casus şəbəkəsini ifşa etməsi və beş nəfərin həbs edilməsi sözügedən çirkin planların yalnız bir hissəsidir.
Heç şübhəsiz ki, cənub “qonşumuz”un məkrli planı arxasında özlərindəki molla rejiminin də Azərbaycanda tətbiq edilməsi dayanır. Müstəqil Azərbaycan dövlətində öz rejimlərini yaratmaq istəyi İrana heç də ucuz başa gəlməyəcək. Azərbaycan hər bir təxribatın qarşısını layiqincə aldığı kimi, layiqli cavab tədbirləri də görür.
Eləcə də, hərbi təlimlərlə Azərbaycanı hədələyən İran, müharibə siqnallarını da tez-tez verməyi unutmur.
Bəs mümkün müharibə olacağı təqdirdə Azərbaycan hansı addımları atacaq? Böyük güclər hansı ölkəni dəstəkləyəcək?
Bizim.Media xarici ekspertlər və ABŞ Dövlət Departamenti ilə birlikdə mövzuya daha dərindən nəzər salıb.
Dövlət Departamentinin mətbuat xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirildi ki, İran-Azərbaycan arasındakı gərginlik ABŞ-ın diqqət mərkəzindədir. Azərbaycanın haqlı mövqedə olduğunu deyən ABŞ, rəsmi Bakının mövqeyini dəstəklədiyini bir daha təsdiq edib.
“Mətbuat katibi Ned Prays mətbuat brifinqində sözügedən mövzu barədə Departamentin mövqeyini qeyd edib. Dövlət Departamentinin katibi azərbaycanlı həmkarını ötən həftənin əvvəlində görmək imkanı olub. İranın bölgə üçün təhlükə olduğunu çox açıq şəkildə bildirdik. Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə İranın öz regionunda və bəlkə də ondan kənarda göstərdiyi sabitliyi pozan təsirə qarşı durmağa davam edəcəyik”, - deyə Bizim.Media-nın sorğusuna cavab olaraq qeyd edib.
Amerikalı siyasi analitik Endryu Korybko da hesab edir ki, İranın Azərbaycana qarşı müharibə etmək niyyətində olduğu qənaəti Tehranın rəsmi niyyət bəyanatı deyil. Lakin onun hərbi mövqeyinin, siyasi maraqlarının və strateji məqsədlərinin şərhidir:
“İslam Respublikası çətin ki, bir neçə səbəbə görə konvensional münaqişəyə başlasın. Birincisi, son daxili iğtişaşlar onun cəbhə xəttində döyüş qabiliyyətini çətinləşdirə bilər. İkincisi, İran Rusiya ilə strateji əlaqələrinin sürətlə artan iqtisadi ölçüsünü gücləndirmək üçün Xəzər dənizi üzərindən təhlükəsiz tranzitə arxalanır. Üçüncüsü, onun bilavasitə periferiyasında iştirak etdiyi hər hansı konvensional münaqişə digərləri ilə birlikdə onun çəkindirmə imkanlarını əlindən ala bilər. Yəni, Azərbaycana qarşı müharibə aparmaq onun körfəz boyu müdafiəsini zəiflədə bilər”.
Korybko qeyd edir ki, baş verəcək hansısa münaqişə zamanı Rusiya ABŞ-dan fərqli olaraq neytral qalacaq:
“Şərti münaqişə baş verərsə, Rusiyanın neytral qalacağı gözlənilir. Bu məqsədlə, hətta son bir neçə onillikdə ikisinin də qızğın rəqib olmasına baxmayaraq, onlar Ermənistan və Azərbaycana etdikləri kimi hər iki tərəfə də silah satmağa davam edə bilərlər.
ABŞ isə, açıq-aydın Azərbaycana siyasi dəstəyi genişləndirəcək, lakin maddi-texniki məhdudiyyətlərə görə hərbi cəhətdən bunu etməkdən çəkinə bilər. Üstəlik, Amerikanın Azərbaycanı dəstəkləməkdə təbii marağı olduğu üçün bu baxımdan NATO müttəfiqi Türkiyəyə arxalanacağını gözləmək olar”.
İranın bütün cəbhələrdən yalnız qaldığını düşünsək, Azərbaycanla müharibə “sevgisi” molla rejiminin tam məhvi ilə nəticələnə bilər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:35 / 15.11.2022
ABŞ Dövlət Departamentindən İrana növbəti mesaj – TƏHLİL
Hazırda oxunan: ABŞ Dövlət Departamentindən İrana növbəti mesaj – TƏHLİL
Hazırda oxunan: ABŞ Dövlət Departamentindən İrana növbəti mesaj – TƏHLİL
104293
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.