Türkiyə “nüvə dövləti”nə çevrilir – Qərb indidən narahat olub

Türkiyə “nüvə dövləti”nə çevrilir – Qərb indidən narahat olub

Hazırda oxunan: Türkiyə “nüvə dövləti”nə çevrilir – Qərb indidən narahat olub

10390

İngiltərənin nüfuzlu “The Economics” dərgisi Yaxın Şərqdə nüvə silahının yayılması təhlükəsi ilə bağlı məqalə yayımlayıb. Dünyanın yeni silahlanma dalğası ilə qarşı-qarşıya qaldığını qeyd edən dərgi bu gedişatı durdurmaq üçün nüvə güclərinin hərəkətə keçməli olduqlarını bildirib.

Dərginin fikrincə, Yaxın Şərqdə İranın artan nüvə təhdidi regiondakı digər gücləri, xüsusilə Türkiyə və Səudiyyə Ərəbistanını narahat edir.

Güc balansını təmin etmək üçün bu ölkələrin irəlidə nüvə fəaliyyətlərinə başlaya biləcəkləri qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:

İsraildən Yaxın Şərqdə Türkiyəyə “jest”


İranın nüvə fəaliyyətini tənzimləyən müqavilənin çökmək üzrə olduğunu qeyd edən dərgi, hətta Co Bayden müqaviləni yenidən canlandırsa belə, bunun yaxın 10 il ərzində nüvə silahının yayılmasında ciddi təsirləri olmayacağını ifadə edir.

Nüvə silahlarının yayılması ilə bağlı təhdid Uzaq Şərqdə də davam edir. Şimali Koreyanın artan nüvə potensialı Cənubi Koreya və Yaponiyanın da nüvə silahı ilə bağlı düşünməyə məcbur edir.

Bu dövlətlər ABŞ və müttəfiqlərinin onları sonsuza qədər qoruya bilməyəcəyini yaxşı başa düşür. Buna görə də öz təhlükəsizliklərini təmin etmək üçün nüvə silahına sahib olmağı yekun həll variantı kimi qəbul edə bilərlər.

Dərgi Səudiyyə Ərəbistanının nüvə fəaliyyətləri üzərində çox az nəzarətin olduğuna diqqət çəkib.

Yaxın gələcəkdə Türkiyənin də nüvə sənayesini inkişaf etdirmək istiqamətində addımlar ata biləcəyini qeyd edilən məqalədə, bu hal baş verərsə, nüvə silahlarının yayılmasını dayandırmağın mümkün olmayacağı vurğulanıb.

Diqqət çəkən digər məqam isə dərginin, xüsusilə Türkiyənin bu istiqamətdəki fəaliyyətindən narahatlıq duymasıdır. 

Xatırladaq ki, Türkiyə Rusiya ilə ortaq şəkildə 2015-ci ildə ölkənin ilk nüvə stansiyasının (Akkuyu) tikintisinə başlayıb.

Stansiyanın 2023-cü ildə yekunlaşması və Türkiyənin nüvə enerjisi sahəsində ciddi addımlar atmasına təkan verməsi nəzərdə tutulur. Türkiyənin nüvə strategiyasında Rusiya faktorunun yer alması, Yaxın Şərqdə son illərdə daha da güclənən iqtisadi, elektronik və hərbi potensialı Qərbin narahatlığı üçün əsas verir.

Digər tərəfdən isə son illərdə Türkiyə ilə Pakistan arsında qarşılıqlı əlaqələrin miqyasının genişlənməsi Qərbi narahat edən səbəblər arasındadır. Nüvə silahına malik olan Pakistanın öz təcrübələrinin Türkiyə ilə bölüşə biləcəyi ehtimalı narahatlıqları daha da artırır.

Xüsusilə hərbi sahədə ciddi və köklü əməkdaşlığa malik olan iki ölkənin qarşılıqlı təcrübə mübadiləsi həyata keçirdikləri məlumdur.

Eyni zamanda Qərb ölkələri İranın nüvə proqramının qarşısının alınması istiqamətində görülən işlərin faydasızlığını və buraxılan səhvləri başa düşür.

Ona görə də gələcəkdə ikinci İran hadisəsi yaşamamaq üçün potensial nüvə dövlətlərini daha ciddi nəzarətdə saxlamağı hədəfləyir. 

Türkiyənin nüvə fəaliyyətləri sahəsində indiki anda Yaxın Şərqdə Səudiyyə Ərəbistanından daha təhlükəli mövqedədir. Çünki Qərbin Türkiyə üzərində birbaşa nəzarət mexanizmi və təzyiq vasitəsi yoxdur.

Səudiyyə Ərəbistanı isə nəzarət oluna bilən bir sahədə nüvə fəaliyyətlərini icra edir və əgər nə vaxtsa nüvə silahı əldə etmək istiqamətində fəallaşacaqsa, bu, ABŞ-ın birbaşa razılığı ilə baş verəcək.

Türkiyənin isə hərbi strategiyası ilə bağlı hesab verəcəyi və ya icazə alacağı kimsə yoxdur. 

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO