Milli Məclisin deputatları Kamal Cəfərov və Erkin Qədirli AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün noyabrın 13-də Fransanın Paris şəhərinə səfər edəcəklər.
Bizim.Media xəbər verir ki, komitənin gündəliyinə insan hüquqları və qanunun üstünlüyünə təhdidlər, ölümsaçan silah sistemlərinin insan hüquq və azadlıqları kontekstində dəyərləndirilməsi və digər məsələlər daxil edilib.
İclasda, həmçinin komitənin əvvəlki iclasının protokolu təsdiqlənəcək, təşkilati işlərə baxılacaq, növbəti iclasın yeri və vaxtı müəyyən ediləcək.
Qeyd edək ki, səfər noyabrın 15-də başa çatacaq.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:55 / 11.11.2022
Deputatlar AŞPA-nın komitə iclasında iştirak edəcəklər
Hazırda oxunan: Deputatlar AŞPA-nın komitə iclasında iştirak edəcəklər
Hazırda oxunan: Deputatlar AŞPA-nın komitə iclasında iştirak edəcəklər
103863
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.