İlham Əliyev: “Özbəkistanın təşəbbüsü ilə Füzulidə məktəb tikintisinə başlanılıb”

İlham Əliyev: “Özbəkistanın təşəbbüsü ilə Füzulidə məktəb tikintisinə başlanılıb”

Hazırda oxunan: İlham Əliyev: “Özbəkistanın təşəbbüsü ilə Füzulidə məktəb tikintisinə başlanılıb”

103694

"Biz qardaş özbək xalqının, şəxsən Sizin bizə, ölkəmizə və Azərbaycanın ədaləti bərpa etməsinə münasibətinizi çox yüksək qiymətləndiririk". 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Səmərqənddə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşü zamanı bildirib. 

"İlk növbədə, dəvətə və qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Yenidən Səmərqənddə olmağıma çox şadam. Azərbaycanın Vətən müharibəsində Qələbəsi münasibətilə təbrikinizə görə təşəkkürümü bildirmək istəyirəm. Biz qardaş özbək xalqının, şəxsən Sizin bizə, ölkəmizə və Azərbaycanın ədaləti bərpa etməsinə münasibətinizi çox yüksək qiymətləndiririk. Biz bu dəstəyi müharibə dövründə də, sonra da hiss edirdik”,-deyə ölkə başçısı qeyd edib. 

İlham Əliyev həmçinin, Özbəkistanın Füzuli şəhərində məktəb tikmək təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirib: 

“Əlbəttə, işğaldan azad edilmiş Füzuli şəhərində məktəb tikmək təşəbbüsünüzə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu, ərazilərin bərpası işinə ilk xarici töhfə olacaq və biz bunu çox yüksək qiymətləndiririk. İndicə Sizinlə informasiya mübadiləsi etdiyimiz kimi, məktəbin tikintisi artıq başlanıb. Bu məktəb bizim xalqlarımızın qardaşlığının rəmzi olacaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO