ABŞ yenə sülh danışıqlarını pozmağa çalışır – Ned Praysın AÇIQLAMASI

ABŞ yenə sülh danışıqlarını pozmağa çalışır – Ned Praysın AÇIQLAMASI

Hazırda oxunan: ABŞ yenə sülh danışıqlarını pozmağa çalışır – Ned Praysın AÇIQLAMASI

102459

ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinqdə deyib ki, ölkəsi növbəti aylarda ikitərəfli şəkildə, tərəfdaşlarımız və çoxtərəfli təşkilatlar vasitəsilə Ermənistan və Azərbaycan arasında müzakirələri sürətləndirmək, təmin etmək üçün işləməyə davam edəcək: 

"Biz inanırıq ki, birbaşa dialoq məsələlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır və yeri gəlmişkən, hər iki ölkə də sülh istədiklərini bəyan edir. Beləliklə, biz növbəti aylarda Ermənistan və Azərbaycan arasında müzakirələri asanlaşdırmaq, təmin etmək üçün ikitərəfli, tərəfdaşlarla və çoxtərəfli təşkilatlar vasitəsilə işləməyə davam edəcəyik".

Bizim.Media-ya açıqlamasında politoloq Tural Rzayevin fikrincə, Dövlət Departamentinin rəsmisi növbəti aylarda Bakı ilə İrəvan arasında müzakirələri sürətləndirəcəklərini deyərkən Qarabağ ermənilərinə Azərbaycanın tərkibində hansısa bir statusun verilməsinə çalışacaqlarını diqqətə çatdırmaq istəyib:

“Bu isə Azərbaycanın maraqlarına cavab vermir. Avropa İttifaqı və ABŞ da Azərbaycanın Qarabağ üzərində suverenliyini qəbul ediblər. Sadəcə, Qərbin təklif etdiyi məsələ statusla bağlıdır. Həm Rusiya, həm də Qərb tərəfindən Qarabağ ermənilərinə hər hansısa bir şəkildə status sözü verilib.

Qərbin əsas planı Rusiyanı Qafqazdan çıxarmaqdır. Bunun üçün də aydın məsələdir ki, Ermənistanın da Rusiyaya ehtiyacı olmamalıdır.

Ona görə də Qərb maksimum şəkildə Azərbaycana təzyiq edərək Qarabağ erməniləri üçün status almağa çalışır. Hansı ki, bu status daxilində həm Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, həm də ermənilərin status veriləcək.

Azərbaycan aydındır ki, buna razı deyil. Bakı heç bir halda Qarabağ ermənilərinə siyasi, inzibati status verməyəcək.

Qərblə olan bəzi konfliktlərin müəyyən səbəbi də məhz bundan qaynaqlanır. Qərb açıq və gizli şəkildə Bakıdan Qarabağ ermənilərinə status verilməsini istəyir. Yəni burada söhbət Azərbaycanı hansısa şəkildə həmin plana razı salmaq üçün ona münasibətdə təzyiqdən gedir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO