Xəbər verdiyimiz kimi Soçi şəhərində Rusiya Prezident Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
Bizim.Media xəbər verir ki, əvvəlcə Rusiya dövlət başçısının İlham Əliyev və Paşinyanla ikitərəfli görüşü keçirilib.
İkitərəfli görüşlər maraqlı fotolarla diqqət çəkib. Belə ki, Soçinin yağışlı payızına təsadüf edən görüş günü Putin çətirsiz qalan Paşinyana öz çətirini təklif edib və ikisi birgə foto çəkdiriblər.
Daha sonra ölkəmizin başçısı ilə eyni havada çəkilən fotoda isə İlham Əliyevin şəxsi çətiri altında olduğu əks olunub.
Ölkəmizin başçısının bu görüntüləri ilə “Azərbaycan başqasının çətiri altına sığınmır” kimi “subliminal mesaj” abu-havası hiss olunub.
Sözügedən maraqlı görüntüləri təqdim edirik:
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:01 / 31.10.2022
Soçidəki ikitərəfli görüşlərdə “ÇƏTİR” mesajı – GÜNÜN FOTOSU
Hazırda oxunan: Soçidəki ikitərəfli görüşlərdə “ÇƏTİR” mesajı – GÜNÜN FOTOSU
Hazırda oxunan: Soçidəki ikitərəfli görüşlərdə “ÇƏTİR” mesajı – GÜNÜN FOTOSU
102125
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.