Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.
Bizim.Media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib.
Görüşün yekunu olaraq birgə bəyanat razılaşdırılıb.
*** 20.42
Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.
Bizim.Media xəbər verir ki, “Rus” sanatoriyasında keçirilən görüş Putinin təşəbbüsü ilə baş tutur.
Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gedib. Tərəflərin əvvəlcə Putinlə ikitərəfli görüşləri keçirilib.
Bizim.Media