“Sülhdən yayınmaq cəhdləri Ermənistan üçün yaxşı olmayacaq” – XİN 

“Sülhdən yayınmaq cəhdləri Ermənistan üçün yaxşı olmayacaq” – XİN 

Hazırda oxunan: “Sülhdən yayınmaq cəhdləri Ermənistan üçün yaxşı olmayacaq” – XİN 

101846

“Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü dəstəkləmək çərçivəsində sülhə doğru getməlidir”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin “Cümhuriyyət Bayram”ı münasibətilə keçirilən tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, tərəflər sülh sazişinin imzalanması üçün konkret addımlar atmalıdır:
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycan sülh müqaviləsinə sadiqdir və Ermənistandan cavab gözləyir” - XİN 


“Biz sülh sazişi üçün bütün vacib addımları atmalıyıq, bu addımlar konkret, əldə olunmuş razılaşmalara uyğun olmalıdır”.

XİN rəsmisi bildirib ki, Ermənistan öz mövqeyini nümayiş etdirməli və sülh üçün bütün lazımi addımları atmalıdır:

“Regionumuzda və onun ətrafında vəziyyət elə inkişaf edir ki, sülhdən yayınmaq cəhdləri Ermənistanı yaxşı heç nəyə aparmayacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO