Politoloq Avropa Birliyinə səsləndi: Terrorçular sizin dövlətlərin mülki əhalisinə hücum etsəydi

Politoloq Avropa Birliyinə səsləndi: Terrorçular sizin dövlətlərin mülki əhalisinə hücum etsəydi

Hazırda oxunan: Politoloq Avropa Birliyinə səsləndi: Terrorçular sizin dövlətlərin mülki əhalisinə hücum etsəydi

10157

“Avropa Birliyi Azərbaycanın 5 erməni əsiri geri qaytarmasını alqışlayıb. Lakin Bakı digər erməni əsirlərini də dərhal qaytarmalıdır. Bu, ölkələr arasında etimadı gücləndirəcək və regionda sülhün stabil qalması üçün vacibdir”.

Bizim.Media xəbər verir ki, bunu Avropa Birliyinin Xarici Əlaqələr Xidmətinin sözçüsü Peter Stano özünün “Twitter” səhifəsində yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Qarabağ münaqişəsinə necə müdaxilə etdi? – Şevçenko açıqladı - VİDEO


Peter Stanonun tvitinə münasibət bildirən politoloq Zaur Məmmədov vurğuladı ki, mahiyyətində terrorçuluq olan əsirlərin qaytarılması ilə bağlı Azərbaycanın qarşısında heç kim tələb qoya bilməz:

“Bunun üçün onların haqqı yoxdur. Əgər söhbət doğrudan da əsirlər məsələsindən gedirsə, o zaman müxtəlif beynəlxalq qurumlar unutmamalıdırlar ki, bu illər ərzində əsirlərin dəyişdirilməsi ilə bağlı Azərbaycan Ermənistana “hamının-hamıya” təklifini edib. Elə Nikol Paşinyan da bu təklif ətrafında vaxt uzatmaqla məşğul idi. 

Məsələn, elə Dilqəm Əsgərov və Şahbaz Quliyev heç bir hərbi cinayət törətmədikləri halda uzun illər əsir, girov kimi saxlanıldı. Bu gün isə həmin o 62 nəfərlə bağlı məsələ Ermənistan tərəfindən dünyada şişirdilməklə Azərbaycana qarşı qara kampaniya aparılması məqsədi güdür. 

Amma bütün tərəflər bilməlidirlər ki, həmin şəxslər əsir yox, cinayətkardırlar. Onlar 10 noyabr üçtərəfli bəyanatından sonra Ermənistanın Şirak bölgəsindən Laçın dəhlizi vasitəsilə Azərbaycanın Xocavənd və digər rayonlarında əsgərlərimizə hücum edibl”.

Politoloqun fikrincə, burada söhbət sülh haqqında razılaşmadan sonra Azərbaycana qarşı təxribatlar həyata keçirən silahlı erməni terrorçularından gedir. 

“Buna görə də, Azərbaycan qarşısında tələb, bizə ağıl qoymaq istəyənlər bu sahədə öz ölkələrindəki vəziyyətə baxsınlar. Özlərinə sual versinlər ki, əgər hansısa terrorçu qruplaşmalar həmin dövlətin mülki əhalisinə, o respublikanın güc strukturlarına hücum etsəydilər, bunun hüquqi məsuliyyəti nə olacaqdı? 

Ümumiyyətlə, Ermənistan tərəfinin əsir və terrorçularla bağlı bazarlıq etmək niyyəti bir daha sübut edir ki, bu ölkə normal humanizm dilində başa düşmür. Və müharibənin dayandırılmasından istifadə edərək öz çirkin planlarını davam etdirmək istəyirlər”. 

Zaur Məmmədov əlavə etdi ki, Ermənistan unutmasın ki, Azərbaycanın xəbərdarlıqlarının həmişə nəticəsi olur. 

Politoloq nümunə kimi 44 günlük savaşdan əvvəlki dövrlərdə rəsmi Bakının İrəvana ünvanladığı “torpaqları qaytarın, yoxsa biz sizinlə hərbi dildə danışacağıq” xəbərdarlığını xatırladıb. 

“Bir çox ölkələr deyirdi ki, münaqişənin hərbi həlli yoxdur. Amma biz ermənilər və onların havadarlarına göstərdik ki, konfliktin hərbi həlli var. 

İndi də biz ermənilərə bildiririk ki, bütün Qarabağda – Xankəndi, Ağdərə, Xocavənd və Azərbaycanın digər bölgələrində erməni silahlıları olmamalıdır. Əks təqdirdə, bunun bədəlini 44 günlük savaşdakı kimi ağır ödəyəcəklər”, - deyə politoloq fikrini tamamlayıb. 

Anar Rəhimov, Bizim.Media 




 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO