Azərbaycan və Rusiya rəsmiləri sıxlıq olan SƏRHƏDDƏ

Azərbaycan və Rusiya rəsmiləri sıxlıq olan SƏRHƏDDƏ

Hazırda oxunan: Azərbaycan və Rusiya rəsmiləri sıxlıq olan SƏRHƏDDƏ

101388

Xəbər verdiyimiz kimi, Qusarın Rusiya-Azərbaycan sərhədində yerləşən Samur gömrük-keçid məntəqəsində sıxlıq yaranıb. Nəticədə növbə gözləyən yük avtomobillərinin sayı 2100-ü keçib.

Bizim.Media xəbər verir ki, problemi yerində yoxlamaq məqsədilə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, baş nazirin müavini Şahin Mustafayev və Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya sərhədindəki buraxılış məntəqələrinə baş çəkiblər.

MÖVZU İLƏ BAĞLI:

Rusiya ilə sərhəddə SIXLIQ - 2100 yük avtomobili növbə gözləyir

Əldə edilən məlumata görə, Dağıstan Respublikasının Məhərrəmkənd rayonunun Yaraq Qazmalar postunda bütün yük avtomobillərinə ciddi baxış keçirilir, nəqliyyat vasitələri rentgenə salınır, yüklər yoxlanılır.

Rusiya tərəfinin sərhəddəki yoxlanışa Krımda baş verən son hadisəyə görə əl atdığı bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO