Morninqstar: “Danışıqlardan bir gün sonra Türkmənbaşı geri çəkildi” - VİDEO

Morninqstar: “Danışıqlardan bir gün sonra Türkmənbaşı geri çəkildi” - VİDEO

Hazırda oxunan: Morninqstar: “Danışıqlardan bir gün sonra Türkmənbaşı geri çəkildi” - VİDEO

10075

ABŞ-da fəaliyyət göstərən “Caspian Policy Center” Qafqaz və Orta Asiya karbohidrogen ehtiyatları və onun nəqlinə həsr olunmuş növbti onlayın konfrans keçirib.

Mərkəzin rəhbəri Əfqan Niftiyevin moderatorluğu ilə keçən tədbirdə ABŞ-ın Azərbaycandkı keçmiş səfirləri Robert Sekuta, Riçard Morningstar, Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, “BP America”nın Beynəlxalq Əlaqələr üzrə rəhbəri Robert Şer və bir çox diplomatik korpus rəhbərləri iştirak ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

“Cənub Qaz Dəhlizi əməkdaşlıq, sülh dəhlizi olacaq'” – Elşad Nəsirov - VİDEO


Robert Sekuta Cənub Qaz Dəhlizinin reallaşmasında ABŞ dövlətinin rolundan danışıb. O bildirib ki, 3200 km uzunluğunda olan qaz kəmərinin reallşaması üçün böyük büdcə tələb olunurdu.

Tərəfdaşların məsələyə rasional yanaşması nəticəsində xərclər 45 milyard dollardan 40 milyarda qədər endirilə bildi. İndi gələcəyə daha inamla baxmaq və qarşıda duran vacib məsələlərin həllinə çalışmaq lazımdır. 

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov isə bildirib ki, Cənub Qaz Dəhlizinin reallaşmasında ABŞ hökumətinin böyük xidmətləri var: 

“ABŞ proyektin keçdiyi hər ölkə ilə müzakirələr aparıb. Bu layihənin alınması üçün əlindən gələni edib. Bu proyekt təkcə Şahdəniz yatağının qazının çatdırılması üçün deyil, bütövlükdə region üçün çox faydalı olacaq. Gələcəkdə bundan daha çox ölkə yararlana biləcək”.
 

Elin Süleymanov 2020 - ci ilin ən böyük hadisələrindən birinin də Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərini bərpa etməsi olduğunu deyib. Bunu proyektin təhlükəsizliyinə zəmanət kimi qiymətləndirib.


ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morningstar isə Azərbaycanla Türkmənistan arasında yenicə imzalanmış “Dostluq” Memarandumuna toxunaraq bildirib ki, düz, 22 il əvvəl aparılan danışıqları xatırlatmaq istəyirəm:

“Heydər Əliyev bu işlərə çox əmək sərf edib. 22 il əvvəl Türkmənbaşı Saparmurad Niyazovla danışıqlarda belə bir layihənin vacibliyini diqqətə çatdırmışdı. Mən bu danışıqların canlı şahidiyəm. Danışıqlardan cəmi bir gün sonra Türkmənbaşı danışıqlardan geri çəkildi. Bütün bunlar çox çətin başa gəlib, dərin çalışmalardan sonra axır ki, birgə nəticəyə gəlmək mümkün oldu. 
 

Uğurlu nəticənin əldə olunması üçün Prezident İlham Əliyevin və Türkiyə prezidenti Erdoğanın əməyini vurğulamaq istəyirəm. Məhz onların səyləri nəticəsində bu layihə 22 il sonra bu baş tutdu. 


İndi biz bu layihəni daha çox iqtisadi tərəfini önə çəkməliyik. Ekoloji məsələləri diqqətdə saxlamaqla bütün zəruri addımları atmalıyıq”. 

Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov da onlayın konfransada bəzi həssas məqamlara toxunub.

Cənub Qaz Dəhlizinin gələcək taleyi üçün atılacaq addımlardan və SOCAR-ın üzərinə düşən vəzifələrdən danışıb. 

Video-konfransda “BP America”nın Beynəlxalq Əlaqələr üzrə rəhbəri Robert Şer və bir çox diplomatik korpus rəhbərləri də öz fikirlərini bölüşüblər, Cənub Qaz Dəhlizinin pespektiv imkanlarını müzakirə ediblər. 

Vüqar Ağamalıoğlu, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO