Türkiyə, İran və Rusiya nümayəndələrinin Cenevrədə yanvarın 25-29 tarixlərində BMT-nin Suriya üzrə Xüsusi nümayəndəsilə birgə Suriya Ərəb Respublikasına dair keçirilən toplantı ilə əlaqədar birgə bəyanat açıqlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bəyanatda Suriyanın suverenliyi, müstəqilliyi, birliyi, ərazi bütövlüyü ilə əlaqədar tərəflərin fikir birliyində olduqları bildirilib.
Tərəflərin Suriya Konstitusiya Komitəsinin işinin davam etdirilməsi, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi, Suriya xalqının mümkün qədər geniş dəstəyini almaq üçün konstruktiv addımlar atılması və bu kimi məsələlərlə bağlı məsləhətləşmələri nəzərdə tutulur.
Bununla əlaqədar 16-17 fevral tarixləri arasında Soçidə danışıqlar planlaşdırılır.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
09:31 / 29.01.2021
Türkiyə, İran və Rusiya Suriyaya görə Soçidə görüşəcək
Hazırda oxunan: Türkiyə, İran və Rusiya Suriyaya görə Soçidə görüşəcək
Hazırda oxunan: Türkiyə, İran və Rusiya Suriyaya görə Soçidə görüşəcək
10059
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.