"Siyasi əməkdaşlıqdan başqa artıq hərbi əməkdaşlığı nizamlamışıq" - TDT-nin Baş katibi 

Hazırda oxunan: "Siyasi əməkdaşlıqdan başqa artıq hərbi əməkdaşlığı nizamlamışıq" - TDT-nin Baş katibi 

100531

"Siyasi əməkdaşlıq reallığa çevrilib, iqtisadi əməkdaşlıq, nəqliyyat sahəsində və iqtisadiyyatın digər sahələrində əməkdaşlıq inkişaf edir".

Bizim.Media xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyev oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

"Səmərqənd Zirvə Görüşü türk dünyası ölkələrinin birliyini təsdiq edəcək” – İlham Əliyev


O, mədəni-humanitar əməkdaşlığın münasibətlərin əsası olduğunu deyib:

"Biz hətta təhlükəsizlik sahəsində də əməkdaşlığa başlamışıq. Bu yaxınlarda ölkələrimizin təhlükəsizlik şuraları rəhbərlərinin görüşünü keçirmişik. Bizim xüsusi xidmətlərimiz işləyir. Biz bu sahə üçün yaxşı baza yaratmışıq. Ölkələrimiz arasında həm ikitərəfli əsasda, həm də artıq daha geniş əsasda hərbi-texniki əməkdaşlığı və hərbi əməkdaşlığı nizamlamışıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO