"Azərbaycanın razılığı olmadan missiya qərarı ATƏT prinsiplərinə ziddir" - Çavuşoğlu

Hazırda oxunan: "Azərbaycanın razılığı olmadan missiya qərarı ATƏT prinsiplərinə ziddir" - Çavuşoğlu

100348

Cəbrayılda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası”nın Ermənistana göndərməsi məsələsinə münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bildirib ki, burada konsensus olmalıdır. 

“Azərbaycanın qərarı olmadan, Azərbaycandan razılıq alınmadan belə qərar verilməsi ATƏT-in iş prinsiplərinə ziddir.

Belə gözlənilmədən qərarlardan imtina edilməlidir. Bunu şəxsi qərar olaraq görürük. Bu, ATƏT-in missiyası deyil. Çünki ATƏT-də qərar qəbuletmə yolları və mexanizmləri bəllidir. Belə qərarlarla bu iş həll edilə bilməz. Yəni davamlı sülh istəyiriksə, burada səmimi addımlar və beynəlxalq təşkilatların da səmimi dəstəkləri olmalıdır. Tək tərəfli addımlarla olmaz”, - Türkiyə XİN rəhbəri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO