“Erməni vətəndaşlarımız beynəlxalq təşkilatlara müraciətlər etməlidir” – TƏKLİF

“Erməni vətəndaşlarımız beynəlxalq təşkilatlara müraciətlər etməlidir” – TƏKLİF

Hazırda oxunan: “Erməni vətəndaşlarımız beynəlxalq təşkilatlara müraciətlər etməlidir” – TƏKLİF

100330

Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasından kənar bölgələrimizdə də xeyli sayda Azərbaycan vətəndaşı olan erməni əsilli şəxslər yaşayır. Onların sayı ilə bağlı dəqiq statistika aparılmasa da, 30 minə yaxın olduqları təxmin edilir.

Son günlərdə isə bir sıra millət vəkilləri, o cümlədən ictimai xadimlər erməni əsilli vətəndaşlarımızdan xarici arenada ölkəmizin maraqlarının təmin olunması istiqamətində istifadənin önəmindən bəhs edirlər. Xüsusilə də, erməni lobbisinin təsiri ilə Azərbaycana qarşı mənfi mövqe sərgiləyən Fransa kimi ölkələrə qarşı bu addımın effektiv ola biləcəyi bildirilir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Vüqar İskəndərov post-müharibə dövründə də informasiya müharibəsinin davam etdiyini qeyd edib:

“Hələ də Ermənistan tərəfindən təxribatalara şahidlik edirik. Eləcə də Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Bunların hər birinin cavabını ölkə Prezidenti diplomatik məharətlə verir. Amma məğlub, kapitulyasiyaya imza atmış ermənilərin xaricdəki lobbiləri tərəfindən təxribatlar təşkil olunur, səfirliklərimizə qarşı terror hücumları, digər qanunazidd əməllər törədilir. Bunların hər biri vandallıq əməlləridir və törədilməyə davam edir. Eyni zamanda Azərbaycan “feyk” məlumatların yayılması və “işğalçı” obrazı yaratmaq cəhdləri də var”.

Deputat ölkəmizə qarşı atılan bu cür addımlara qarşı təkcə dövlət rəsmilərinin yox, hər birimizin mübarizə aparmasının zəruri olduğunu bildirib:

“Bu tip məsələlərdə digər milli azlıqlar da fəal şəkildə çalışırlar. Eyni zamanda Azərbaycanda yaşayan erməni əsilli insanlar da var. Onlar da Azərbaycan Respublikasının bərabərhüquqlu vətəndaşı kimi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsində beynəlxalq təşkilatlara, böyük dövlətlərə məktublar ünvanlamalı, ədalətli mövqeyimizi dəstəkləməlidirlər. Bu istiqamətdə erməni əsilli vətəndaşlarımız sosial şəbəkələrdə aktivlik göstərə, müxtəlif çarxlar hazırlaya bilərlər.  

Onların bu işdə aktivlik nümayiş etdirməsi Azərbaycan həqiqətlərinin dünyaya olduğu kimi çatıdırılması müsbət hal olar.

Həmin insanlar bu gün Azərbaycanın çörəyini yeyib, suyunu içir, bütün hüquqlardan bərabər səviyyədə istifadə edirlərsə, onlar ölkəmizin həm çətin, həm də xoş günündə yanında olmalıdırlar. 

Hər birimiz ölkəmizin daha da güclənməsi üçün əlimizdən gələni etməliyik, o cümlədən də erməni əsilli vətəndaşlarımız. Lakin bu aktivlik hal-hazırda hiss olunmur. Onların fəallıqlarını artırmalı və Azərbaycanın inkişafı üçün lazımi töhfələrini verməlidirlər”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO