"Bu gün Bakıda, Sumqayıtda yaşayan məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilanda Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi ilə görüşündə deyib.
"Ağalı kəndi. Buranın xüsusi gözəlliyi var. Bir azdan burda həyat qaynayacaq. Başqa kəndlərdə də evlər tikiləcək. Zəngilan şəhərində də evlər tikiləcək. Ağalı birinci layihədir.
Siz də azad edilmiş torpaqlara ilk gələn uşaqlarsız. Şadam ki, böyük həvəslə gəlmisiniz.
Valideynləriniz də böyük həvəslə gəliblər. Onların da çoxu Ağalını yəqin ki görməyiblər. Onlar da işğal dövründə dünyaya gəliblər. Torpaq insanı çəkir. Azad edilmiş torpaqları tezliklər abadlaşdıracağıq", - dövlət başçısı qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
23:07 / 19.10.2022
İlham Əliyev: “Gələcəkdə sizin kimi uşaqlar ölkəmizi idarə edəcəklər” - VİDEO
Hazırda oxunan: İlham Əliyev: “Gələcəkdə sizin kimi uşaqlar ölkəmizi idarə edəcəklər” - VİDEO
Hazırda oxunan: İlham Əliyev: “Gələcəkdə sizin kimi uşaqlar ölkəmizi idarə edəcəklər” - VİDEO
100202
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.