Mehri dəhlizində ermənilərin qorxduğu məqam – Politoloqdan açıqlama

Mehri dəhlizində ermənilərin qorxduğu məqam – Politoloqdan açıqlama

Hazırda oxunan: Mehri dəhlizində ermənilərin qorxduğu məqam – Politoloqdan açıqlama

10007

Xəbər verdiyimiz kimi, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının inşasının müzakirə edilməsi üçün yanvarın 30-da Azərbaycan, Rusiya və Ermənistanın Baş nazir müavinləri - Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryanın iştirakı ilə görüş keçiriləcək. 

Bu görüşün əhəmiyyəti nədir, ölkəmizə hansı dividentləri verəcək?

Sualımızı cavablandırmaq üçün politoloq İlqar Vəlizadə ilə əlaqə saxladıq.

O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, hazırda gündəmdə Naxçıvanı quru yolla Azərbaycana birləşdirən Mehri dəhlizinin tikilməsidir.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərdən ruslara TƏLƏB: “Bu verilişlər yayımlanmamalıdır”


“Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının iştirakı ilə 11 yanvarda Moskvada keçirilən üçtərəfli görüşdə birgə bəyanat imzalanıb".

"Bəyanata əsasən regionda yolların bərpası, iqtisadi əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Yaradılan üçtərəfli komissiya bu sahədə olan işlərə nəzarət edəcək. Bu ayın sonuna qədər komissiya dövlət başçılarına xüsusi proqram təqdim etməlidir".

"Görüşdə konkret təkliflər ətrafında fikir mübadiləsi aparılacaq. Əsas bu dəqiqə gündəmdə Naxçıvana gedən dəmiryolu xəttinin bərpa olunmasıdır. Bu, bizim üçün prinsipial əhəmiyyət kəsb edir".

"Bununla da Naxçıvan uzunmüddətli blokadadan azad olacaq. İnsanların gediş-gəlişi normal şəkildə həyata keçiriləcək. Bundan başqa planda Qars-İğdır, İğdır-Naxçıvan dəmir yolu açılması nəzərdə tutulur. Bu da Naxçıvandan Türkiyəyə gedişi-gəlişi rahatlaşdıracaq”. 

Politoloq Naxçıvana gedən dəmir yolunun çox hissəsinin Azərbaycan ərazisindən keçdiyini də vurğulayıb.

“Bu dəmir yolu əsasən Azərbaycanın ərazisindən keçir, bu da yolun 90 %-ini təşkil edir. Qalan 41 km isə Ermənistanın Mehri dəhlizi adlanan ərazisindən keçir. Bu 41 kilometrlik dəmir yolu Rusiya dəmir yolları cəmiyyəti tərəfindən istismar olunur. Buna görə də düşünürəm ki, biz bu məsələni əsasən Ermənistanla yox, Rusiya ilə müzakirə etməliyik”. 

İlqar Vəlizadə Mehri dəhlizinin qurulma mexanizmindən və onun əhəmiyyətindən də danışıb. 

Onun sözlərinə görə, erməni tərəfi bu yolun açılmaması üçün müxtəlif manevrlər edirlər:

“Erməni tərəfi bu dəhlizin açılmasını istəmir. Onlar bizə Naxçıvan yoluna alternativ variant olaraq Qazax-İcevan yolunu təklif edirlər. Bu yol da Qazax-İcevan və İcevan-İrəvan marşrutu ilə fəaliyyət göstərir”.

Sonda siyasi ekspert ermənilərin 10 noyabr bəyanatında yer alan Mehri dəhlizinin tikilməsinə razılıq verməklərindən başqa variantları olmadığını da bildirib.

“Ancaq noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın 9-cu bəndində Mehri dəhlizinin istifadəyə verilməsi açıq şəkildə göstərilir.

Orada açıq şəkildə Naxçıvanla Azərbaycanın qərb bölgələri arasında əlaqələnin yaradılmasının vacibliyi vurğulanır.

Burada ermənilərin bütün manevrləri boşuna edilir, çünki orada baş nazir Nikol Paşinyanın razılıq əlaməti olaraq imzası var. Ermənilər bu yolu bizim Naxçıvanla əlaqəmizin yaranmasına və Türkiyə ilə gediş-gəlişin daha da rahat olacağına görə istəmir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO