“Paytaxtda ambulans çatışmazlığı problemi var

“Paytaxtda ambulans çatışmazlığı problemi var" - Deputat

Hazırda oxunan: “Paytaxtda ambulans çatışmazlığı problemi var" - Deputat

255277

“Paytaxtda ambulans çatışmazlığı və tibbi yardımın gecikməsi, uzadılması probleminə diqqət çəkmək yerinə düşər”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc deyib.

 

“Bakıda 139 ambulans fəaliyyət göstərir. Paytaxtda rəsmi olaraq 2,5 milyona yaxın insanın qeydiyyatda olduğunu nəzərə alsaq, 18 min nəfərə 1 ambulans düşür. Onlar da yollardakı tıxaclardan hərəkət edə bilmir. Bakıda qeyri-rəsmi olaraq, yaşayanları da əlavə etsək, vəziyyəti təsəvvürə gətirmək çətin deyil. Əhalisi 1.2 milyon nəfər olan Tbilisidə təcili yardım maşınlarının sayı 200-yə yaxındır”, - millət vəkili qeyd edib.

 

Firuzə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO