Azərbaycanda daha 61 nəfər koronavirusa yoluxdu

Azərbaycanda daha 61 nəfər koronavirusa yoluxdu

Hazırda oxunan: Azərbaycanda daha 61 nəfər koronavirusa yoluxdu

99568

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 61 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 1 nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 822 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 228 nəfər müalicə olunaraq sağalıb, hazırda 439 aktiv xəstə var.

Bu günə qədər 9 932 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 332, bu günə qədər isə ümumilikdə 7 289 143 test icra olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO