Həkim mütəxəssis kütləvi şəkildə peyvənd vurdurmağa ehtiyac yoxdu deyir: “PANDEMİYA BİTİB”

Həkim mütəxəssis kütləvi şəkildə peyvənd vurdurmağa ehtiyac yoxdu deyir: “PANDEMİYA BİTİB”

Hazırda oxunan: Həkim mütəxəssis kütləvi şəkildə peyvənd vurdurmağa ehtiyac yoxdu deyir: “PANDEMİYA BİTİB”

95572

Səhiyyə nazirliyi pandemiyanın sona yaxınlaşdığı haqqında məlumatla xalqı müjdələdi - Tam nəticəni almaq üçün konkret hansı addımların atılması və daha dəqiqi nələrin gözlənilməsinə ehtiyac var? 

İlin sonuna pandemiyanın bitməsini elan edəcəklərmi? Pandemiyanın lap ilk vaxtlarında elan olunmuşdu ki, 2022-ci ilin sonunda COVİD-lə vidalaşa bilərik.

Bizim.Media-ya açıqlamasında tibb elmləri üzrə fəlsəfə doktoru Aydın Əliyev pandemiya məsələsini birdəfəlik bitirmək lazım olduğunu dedi:

Artıq bir necə aydır ki, ölkəmizdə pandemiya bitib. Onun heç bir təhlükəsi yoxdur. Hətta yoluxma sayı 10-20 minə qalxsa da, təhlükə yoxdur. İndi yoluxanlar prosesi yüngül keçirirlər. Ona görə də sırt tədbirlərə ümumiyyətlə ehtiyac yoxdur. Amma əhali bütün hallarda nəzarəti də itirməməli, ehtiyatlı davranmalıdır. Çünki ehtiyatlılıq hər zaman vacibdir. Hətta pandemiya bitsə də belə. 

Bu fonda artıq peyvənd vurmağa da ehtiyac yoxdur. 

Bu mövzunu bəziləri sadəcə süni olaraq gündəmdə saxlamağa çalışırlar. Amma ona ehtiyac yoxdur. Artıq pandemiya sona çatıb”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO