Rəqəmsal səhiyyə sahəsində Türkiyənin təcrübəsindən istifadə ediləcək - FOTO 

Rəqəmsal səhiyyə sahəsində Türkiyənin təcrübəsindən istifadə ediləcək - FOTO 

Hazırda oxunan: Rəqəmsal səhiyyə sahəsində Türkiyənin təcrübəsindən istifadə ediləcək - FOTO 

95297

Azərbaycan rəqəmsal səhiyyə sahəsində Türkiyənin təcrübəsindən istifadə edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin məlumatında bildirilib. 

Məlumata görə, Azərbaycan və Türkiyə səhiyyə nazirləri Teymur Musayev və Fahrettin Koca arasında Bakıda keçirilən görüşdə Teymur Musayev bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də qardaş ölkə ilə əməkdaşlığın nümunəvi olduğunu diqqətə çatdırıb.  

Nazir səhiyyə sisteminin rəqəmsallaşdırılmasını Azərbaycan Səhiyyə Nazirliyinin qarşısına qoyulan prioritet məsələlərdən biri olduğunu vurğulayıb:

“Rəqəmsallaşdırmada Türkiyə modeli dünyada liderdlərdən biridir”. 

COVID-19 pandemiyası mövzusuna toxunan Azərbaycanın səhiyyə naziri bu dövrdə ölkələrimiz arasında əməkdaşlığın daha da mütəmadi xarakter aldığını vurğulayıb. 
Qeyd edək ki, bu gün Türkiyə səhiyyə naziri Fahrettin Kocanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayıb. İkigünlük işgüzar səfəri çərçivəsində Azərbaycan mədəniyyətinin incisi olan Şuşa şəhərinə ziyarət nəzərdə tutulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO