Azərbaycanda daha 180 nəfər koronavirusa yoluxdu - 2 nəfər öldü

Azərbaycanda daha 180 nəfər koronavirusa yoluxdu - 2 nəfər öldü

Hazırda oxunan: Azərbaycanda daha 180 nəfər koronavirusa yoluxdu - 2 nəfər öldü

94444

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 180 yeni yoluxma faktı qeydə alınıb, 269 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Bizim.Media-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 2 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 819 518 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 807 967 nəfər müalicə olunaraq sağalıb, 9 886 nəfər vəfat edib, aktiv xəstə sayı 1 665 nəfərdir.

Ölkədə son sutka ərzində 2 718, hazırkı dövrədək isə 7 215 763 test aparılıb.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO