İnfarktdan əməliyyatsız BU ÜSULLA yaxa qurtarmaq olar – Kardioloq Qalib İmanovdan vacib MƏSLƏHƏT

İnfarktdan əməliyyatsız BU ÜSULLA yaxa qurtarmaq olar – Kardioloq Qalib İmanovdan vacib MƏSLƏHƏT

Hazırda oxunan: İnfarktdan əməliyyatsız BU ÜSULLA yaxa qurtarmaq olar – Kardioloq Qalib İmanovdan vacib MƏSLƏHƏT

85538

“Əgər hər hansı bir risk faktoru varsa, 30 yaşından sonra, yoxdursa 40 yaşından sonra mütəmadi olaraq ürək müayinəsindən keçmək məsləhətdir”.

Bu sözləri Bizim.Media-ya verdiyi özəl açıqlamada invaziv kardioloq Qalib İmanov səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

“İnfarkt xəstəliyi 30 yaşın altına enib” – Kardioloqdan XƏBƏRDARLIQ 


“Ekspertin fikrincə, əsasən müəyyən qan analizi və təhlillər nəticəsində şəxsdə ürək-damar xəstəliklərinin olub-olmaması aşkar olunur. Müalicə əksər halda vaxtında aparıldığı təqdirdə effektli olur”.

İnfarkt əlamətləri haqqında da danışan kardioloq qeyd edib ki, bəzi infarkt növləri zamanı xəstə heç bir ağrı hiss etmir.

“Miokard infaktı və insult insanı əmək qabiliyyətinin itirilməsinə aparan xəstəliklərdir. “Sakit infarkt” zamanı isə xəstə heç bir ağrı hiss etmir . Bu təngnəfəslik və tərləmə şəklində özünü göstərir. “Sakit infarkta” praktikada daha çox şəkər xəstələrində rast gəlinir”.

Ekspert onu da vurğulayıb ki, infarktdan qurtulmanın əsas yolu sağlam  həyat tərzi və düzgün qidalanmadır:
 

“Həyat tərzi və qidalanmadan çox şey asılıdır. Məsələn Yaponiyada “Miokard infarktı” digər ölkələrlə müqayisədə çox azdır. Çünki onların qidalarını əsasən yüngül və daha az kalorili dəniz məhsulları təşkil edir. Hər bir xəstəliyin profilaktikası müalicəsindən daha asandır və daha az xərc tələb edir.


Müəyyən fiziki hərəkətlər etmək və sürətli yerimək çox vacibdir. Bu tipli problemlərlə qarşılaşmamaq üçün yağlı və kalorili qidalardan uzaq durmaq və yatmazdan ən azı 3-4 saat öncə qidalanmaq önəmlidir. Energetik içkilərdən və siqaretdən istifadədən çəkinmək, həmçinin artıq çəki problemini vaxtında həll etmək lazımdır. Mən bunların hamsını öz xəstələrimə tövsiyə edirəm. Çox təəssüf ki, sağlam görünən insanların çoxu vaxtında müayinə olunmur və sağlamlıqlarında ciddi problemlərlə üzləşirlər”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO