50 ölkədə meymunçiçəyinə yoluxanların sayı 16 mini ötdü - XƏBƏRDARLIQ

50 ölkədə meymunçiçəyinə yoluxanların sayı 16 mini ötdü - XƏBƏRDARLIQ

Hazırda oxunan: 50 ölkədə meymunçiçəyinə yoluxanların sayı 16 mini ötdü - XƏBƏRDARLIQ

85136

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyinin dünyanın 50-dən artıq ölkəsinə yayılmasını nəzərə alaraq bu virusla bağlı “beynəlxalq əhəmiyyətə malik fövqəladə vəziyyət“ elan edib.

Bizim.Media xəbər verir ki, beynəlxalq qurumun Baş direktoru Tedros Qebreyesus virusla bağlı səhiyyə sahəsində ən yüksək xəbərdarlıq pilləsinin qüvvəyə mindiyini bildirib. Koronavirus pandemiyasından fərqli olaraq, meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyətin elan edilməsi təxirəsalınmaz praktiki nəticələr doğurmasa da, bu dəyərləndirmə üzv dövlətlərin hökumətlərini virusun yayılmasının qarşısını almaq üçün tədbirlər görməyə çağırır. Buraya səhiyyə işçiləri və dövlət qurumlarını məsələ ilə bağlı həssaslığını gücləndirmək, şübhəli hallar müəyyən edilərkən müvafiq tədbirləri görmək və eləcə də əhali arasında yoluxmadan qorunmaq üçün maarifləndirmə işini gücləndirmək daxildir.

T. Qebreyesus bildirib ki, indiyədək dünyanın 50-dan artıq ölkəsində meymunçiçəyinə yoluxanların hallarının sayı 16 mini ötüb. Bu ölkələrin əksəriyyətində əvvəllər meymunçiçəyinə yoluxma hallarına praktiki olaraq rast gəlinməyib.

2020-ci il yanvarın 30-da ÜST COVID-19-la bağlı beynəlxalq əhəmiyyətli fövqəladə hal elan edib. Meymunçiçəyi virusu ilə bağlı eyni qərarın koronavirus pandemiyasına oxşar tədbir və məhdudiyyətlərin tətbiqi anlamına gəlmir.

Qeyd edilməlidir ki, ÜST-ün fövqəladə hallar komitəsinin iyun ayında keçirdiyi növbədənkənar toplantısında meymunçiçəyi ilə bağlı beynəlxalq fövqəladə vəziyyət elan olunmasını tövsiyə etməyib. Komitənin ikinci iclasında aparılan müzakirə və məsləhətləşmələri, eləcə də beynəlxalq ictimai sağlamlıqla bağlı yaranmış vəziyyəti nəzərə alaraq, ÜST meymunçiçəyi ilə bağlı beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO