Çindən istehsalı olan SARS-CoV-2 koronavirusa qarşı peyvəndin ilk partiyasının artıq Azərbaycana gətirilldiyi bildirilib. ''Sputnik''in Səhiyyə Nazirliyindəki mənbəyə istinadən verdiyi məlumatda qeyd olunur ki, peyvəndin ilk partiyası risk qrupuna aid olanlara tətbiq ediləcək.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış Bizim-Media-ya açıqlamasında peyvəndin Azərbaycana gətirilməsini təsdiqləməyib.
Qurum sözçüsü bununla bağlı rəsmi məlumatın olmadığını deyib:
“Biz tərəfdən rəsmi belə bir məlumat verilməyib. Deyə bilmərəm ki, hansı mənbəyə istinadən belə məlumat yayılıb. Amma TƏBİB tərəfindən rəsmi heç nə açıqlanmayıb. Məlum strategiyada peyvəndlə bağlı bütün məlumatlar açıqlanacaq”.
Qeyd edək ki, Prezidenti İlham Əliyev MDB dövlətləri başçılarının sammitində çıxış edərək peyvənd proqramının 2021-ci ilin əvvəllərində tətbiq ediləcəyini bildirib. Vaksinləmə könüllü və dövlət hesabına aparılacaq.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
COP29
17:52 / 12.01.2021
Azərbaycana peyvənd gətirildi? – TƏBİB xəbərsizdir
Hazırda oxunan: Azərbaycana peyvənd gətirildi? – TƏBİB xəbərsizdir
Hazırda oxunan: Azərbaycana peyvənd gətirildi? – TƏBİB xəbərsizdir
8247
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.