Ağızdan gələn pis iy - BU QİDALAR onu yox edir

Ağızdan gələn pis iy - BU QİDALAR onu yox edir

Hazırda oxunan: Ağızdan gələn pis iy - BU QİDALAR onu yox edir

8236

Ağız qoxusu sizin yaxınlarınızla ünsiyyətinizə sədd qoya bilər. Bundan baçqa cəmiyyət içində sizi utandırıb, pis vəziyyətə sala bilər. İnsanlar bu kompleksdən qurtulmaq üçün müxtəlif yolları sınayır, bəzən isə min bir əziyyətlə də olsa buna nail ola bilmir.

Ağız qoxusu təkcə yediyimiz qidalardan deyil, sağlamlıqla yaşadığımız problemlərdən də irəli gələ bilər. Bunun üçün əvvəl həkimə müraciət etmək mütləqdir.

Əgər ağız qoxusunun səbəbi sağlamlığınızla bağlı deyil, sadəcə yediyiniz qidalarla əlaqəlidirsə o zaman bu sadə üsüllarla onu yox edə bilərsiniz. Bu işdə bizə gündəlik soyuducumuzda olan bəsit qidalar kömək edə bilər. 

Bizim.Media bu qidaların siyahısını təqdim edir.

Bitkilər

Bitkilər nəfəsimizi təmizləyib və təravətləndirmə gücünə malikdir. Bunlardan keşniş, tərxun, nanə ən efektiv vasitələrdəndir. Bu bitkilərin çayını dəmləyib, içsəniz, tezliklə bu probleminizi həll edə bilərsiniz. Bu bitkiləri çeynəyib yemək də oxşar təsirə malikdir.

Meyvə və tərəvəzlər

Alma, kərəviz və kök kimi sərt meyvə və tərəvəzlər sizə ağız qoxusunu yox etməyə kömək edə bilər.

Sitrus meyvələri

Sitrus meyvələrinin tərkibində turşuların və C vitamininin zəngin olması ilə yanaşı, ağız qoxusu ilə mübarizədə sizə köməkçi vasitələrdəndir. Bundan əlavə portağal, naringi, qreyfrut və limon kimi meyvələr diş əti xəstəliklərini də müalicə edir.

D vitamini

D vitamini ağızdakı bakteriyalarla mübarizədə birinci yerdə durur. O müxtəlif yoluxucu bakteriyaları məhv edir və onların yaranmasının qarşısını alır. Bunun üçün tərkibində yüksək D vitamini olan süd, yumurta və qızılbalıqla rasionunuzu zənginləşdirin. Həmçini qatıq və kəsmiyi də qidalanmanıza əlavə edin.

Su

Sonda siyahımıza başçılıq edən su. Bol su için. Orqanizmə çox xeyirli olan bu maddə ağız qoxusuyla mübarizəyə də liderlik edir.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO