\'\'Kifayət kədər koronavirus testi ehtiyatı var\'\' - Agentlik

\'\'Kifayət kədər koronavirus testi ehtiyatı var\'\' - Agentlik

Hazırda oxunan: \'\'Kifayət kədər koronavirus testi ehtiyatı var\'\' - Agentlik

5984

COVID-19 xəstəliyinin aşkar edilməsi üçün 40-a yaxın Molekulyar Mikrobioloji laboratoriyada gün ərzində Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi kriteriyalara uyğun olaraq 20 000-dək PZR testi tam ödənişsiz, dövlət hesabına aparılır.

Bizim.Media-ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, hazırda Azərbaycanda kifayət qədər koronavirusu müəyyənləşdirən test ehtiyatı var. Bu günədək ümumilikdə 2 073 137 test müayinəsi aparılıb.

Bildirilib ki, ölkədə koronavirusla mübarizəyə cəlb olunmuş bütün səhiyyə strukturları gücləndirilmiş iş rejimində çalışırlar.

Məlumata görə, son zamanlar koronavirus infeksiyasına yoluxmanın sayının artması təcili tibbi yardıma edilən müraciətlərin sayının da artmasına səbəb olub.

Pandemiyadan öncə “103” xidmətinə daxil olan telefon zənglərinin sayı 3000-ə, çağırışların sayı 1500-2000-ə yaxın idisə, hal-hazırda zənglərin sayı 10 000-ə, çağırışların sayı isə 2000-2500-ə yaxındır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO