Pandemiya nə vaxt bitəcək - ÜST-dən CAVAB

Pandemiya nə vaxt bitəcək - ÜST-dən CAVAB

Hazırda oxunan: Pandemiya nə vaxt bitəcək - ÜST-dən CAVAB

5775

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç koronavirusun 2021-ci ildə yox olması variantına şübhə ilə yanaşır.

Bizim.Media xəbər verir ki, bu barədə o, Azərbaycan əsilli jurnalist Nailə Əskərzadənin “Rossiya 1” telekanalında yayımlanan "Təhlükəli virus. Birinci il" verilişinə müsahibəsində deyib.

Vuynoviç pandemiyanı artıq növbəti il dayandırmağın mümkün olacağına ümidini ifadə edib, ancaq ÜST rəsmisi hesab edir ki, dünya infeksiyadan hələ belə tezliklə qurtulmayacaq.

"Pandemiya nədir – bu, Yer kürəsi ətrafında çoxlu sayda insanda eyni zamanda olan xəstəlikdir. Amma virus bizimlə qalacaq. Mən bizim "tac"dan, yəni koronavirusdan belə tezliklə qurtulmayacağımızdan qorxuram", - o deyib.

Vuynoviçin sözlərinə görə, indi hazırlanan peyvəndlər koronavirusun mutasiyaları vaxtı effektivliklərdən məhrum olmayacaqlar. O, əlavə edib ki, virusun mutasiyası normal təzahürdür.

“Bir virusun genindəki hər dəyişikliyin onun davranışındakı dəyişiklik demək olmadığını başa düşmək çox vacibdir" deyə Vuynoviç vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO