Dünyada ötən sutka neçə nəfər koronavirusa yoluxub? – STATİSTİKA

Dünyada ötən sutka neçə nəfər koronavirusa yoluxub? – STATİSTİKA

Hazırda oxunan: Dünyada ötən sutka neçə nəfər koronavirusa yoluxub? – STATİSTİKA

51854

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 745 mindən çox olub.

Bizim.Media pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 745 min 639 nəfər yeni koronavirusa yoluxub, 7 min 114 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 276 milyon 568 min 275, ölənlər isə 5 milyon 384 min 620 nəfərə çatıb.

Ötən sutka ərzində virusa ən çox yoluxma halı (181 min 264 nəfər) və bu xəstəlikdən ölüm faktı (1811 nəfər) ABŞ-da qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (52,2 milyon), Hindistan (34,7 milyon), Braziliya (22,2 milyon), Böyük Britaniya (11,5 milyon), Rusiya (10,2 milyon), Türkiyə (9,2 milyon) və Fransada (8,7 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO