''Rusiya istehsalı vaksinlərə daha çox inamım var'' - EPİDEMİOLOQ

''Rusiya istehsalı vaksinlərə daha çox inamım var'' - EPİDEMİOLOQ

Hazırda oxunan: ''Rusiya istehsalı vaksinlərə daha çox inamım var'' - EPİDEMİOLOQ

4765

Dünyanın aparıcı ölkələrinin məşhur virusoloqları COVID-19-a qarşı peyvəndin hazırlanması üzərində işləyirlər. Hətta bir çox ölkələr elan edirlər ki, onlar virusun vaksinin tapıblar.

Qonşu ölkələrdən isə Rusiyada Sürətli şəkildə əhalinin vaksinasiyasına başlanılıb.
Ölkəmizdə isə koronovirus əleyhinə vaksinin yaxın vaxtlarda Azərbaycana gətirilməsi ilə bağlı da açıqla verilib.

Epidemoloq İbadulla Ağayev düşünür ki, vaksin nə qədər tez olarsa xəstəlik də bir o qədər sürətlə səngiyər:

Ölkəmizdə hadislər bir qədər də sakitləşsin, yəqin ki yaxın vaxtlarda vaksinasiyaya başlanılacaq. Vaksinlərin gətirilməsini dövlət vətəndaşdan daha çox istəyir.

İbadulla Ağayev Hansı ölkədən peyvənd vasitələri almaq daha əlverişli və etibarlıdır? sualını isə belə cavabalayıb.

Vaksini hansı ölkə satırsa o Ümumdünya Səhiyyə Təşkilatının nəzarətində olur. Onlar yoxlayandan sonra satışa buraxılır. Müxtəlif fikirlər var ki, Fransa, Amerika,Çin istehsalı olan vaksinlər var. Bilirsiniz ki, Rusiyada kütləvi sürətdə vaksinasiyaya da başlanıldı. Ölkəmizə vaksinlər hansı ölkədən gətirilməsindən aslı olmayaraq ondan çəkinmək olmaz. Bu xüsusi nəzarətdə olan hadisədir. Dövlət tərəfindən alınır, əhalinin müxtəlif qurplarına vurulacaqdır.

Epidemoloq Rusiyanın istehsal etdiyi vaksinlərə daha çox güvənir.

Rusiyada vaksini istehsal edən Rusiyada Qamaley adına Milli epidemiologiya və mikrobiologiya tədqiqat mərkəzidir. Mən bu İnstitutun məktəbin keçmişəm. Elmi fəaliyyətim bu mərkəzlə  bağlıdır. O İnstituta inandığım üçün onların istehsal etdiyi vaksinlərə də inanıram. Mən bu barədə səlahiyyət sahibi deyiləm. Sadəcə tərcürbəli bir həkim kimi deyirəm ki, bizə daha yaxın olan Rusiyadır. Hansı ölkədən alınması  məsləhət olunarsa ordanda alınacaq. 

Vaksinlər bizdə istehsal oluna bilərmi?

Ümumiyyətlə tarix boyu bizim səhiyyəmizdə tərcürbəli mütəxəssislər olub. 1923 cü ildə Azərbaycanda vaksin istehsal olunub. Biz yenidən bu təcrübəyə sahiblənəcəyik, koronovirus üzərində qələbə çalacağıq.

Vaksinlərin istifadəsi necə tətbiq olunacaq?

Vaksinasiya ilə epidemoloqlar məşğul olurlar. Gigyena Epidemologiya Mərkəzlərimiz var. Onlar tərəfindən tətbiqinə başlanılacaq. Bilirsiz ki yoluxma riski həkimlərdə daha çoxdur. Təcürbəyə görə birinci onlara vurulacaq. Sonra isə xüsusi nəzarətlə əhalinin müxtəlif təbəqəsi üçün nəzərdə tutulu.

Xatırladaq ki, ABŞ  məşhur “Pfizer” şirkəti koronavirus əleyhinə vaksini sınaqlardan keçirib.  
Vaksin əldə edən ölkələrdən biri isə Çindir.  Alimlər də özlərinin hazırladıqları vaksinin insan üzərində sınaqdan keçirilməsinin nəticələrini "The Lancet" jurnalında dərc ediblər. Bu vaksinin üzərində "CanSino Biologics Inc" şirkəti və hərbi ekspertlər işləyib.

Bundan başqa "Pfizer" və "BioNTech" tərəfindən hazırlanan COVID-19 peyvəndi, ilk növbədə, İngiltərə, Uels və Şotlandiyada risk qruplarına vurulacaq. Şimali İrlandiya hökuməti vaksinasiyaya həftənin əvvəlində başlayacaqlarını bildirib.

Gülşanə Mustafayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO