Əli Əhmədov koronavirusa qarşı peyvəndin qiymətindən narazıdır

Əli Əhmədov koronavirusa qarşı peyvəndin qiymətindən narazıdır

Hazırda oxunan: Əli Əhmədov koronavirusa qarşı peyvəndin qiymətindən narazıdır

3484

“Yaxın zamanlarda hazırlanacağı gözlənilən peyvəndlərə bütün insanların əlçatanlığı təmin olunmalıdır. Məlumdur ki, dünyada 1.2 milyard insan yoxsulluq həddində yaşayır”.

Bizim.Media xəbər verir ki, bunu noyabrın 25-də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin videokonfransında Yeni Azərbaycan Partiyası Sədrinin müavini Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, koronavirusa qarşı peyvəndin qiyməti 30-50 dollar civarında qiymətləndirilir. Ona görə də, yoxsul insanların özlərinin hesabına bu qiymətə peyvəndə əlçatanlığı problemlidir:

“Həmin insanların peyvəndə əlçatanlığını təmin etmək üçün 30-40 milyard dollar civarında vəsaitə ehtiyac var''.

''Ona görə də, beynəlxalq səviyyədə bu peyvəndin çatdırılması ilə əlaqədar layihə hazırlanmasa, ehtiyacı olanların onu əldə etməsi çətin olacaq''.

Hesab edirəm ki, yoxsul əhalinin əhəmiyyətli bir hissəsinin Asiya regionunda olduğu nəzərə alınaraq İCAPP COVİD-19 pandemiyası qarşı mübarizə ilə əlaqədar bu məsələdə təşəbbüslər irəli sürə bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO