Koronavirusa qarşı peyvəndin hansı yaxşıdır?

Koronavirusa qarşı peyvəndin hansı yaxşıdır?

Hazırda oxunan: Koronavirusa qarşı peyvəndin hansı yaxşıdır?

3423

Hazırda Çin, Türkiyə, Rusiya və Amerikada koronavirus peyvəndi üzərində çalışırlar. 

Rusiya istehsalı olan peyvəndlərin təsir gücünün 92 faiz olduğu bildirilir.  

BioNTech-Pfizer isə "Peyvəndin təsirinin 95 -faizə çatdığını açıqlayıb. Türkiyəli alimlərin də üzərində çalışdığı peyvəndlərin gücü isə 94 faizin üstündədir.

Lakin bütün bu rəqəmlər dəqiq deyil. Bu peyvəndlərin təsir gücü yaşımızdan, immunitetimizdən, sağlamlıq vəziyyətimizdən asılıdır. Məsələn, ağır xəstələr, qocalar, ümumi vəziyyəti zəif olanlar, ağır xroniki xəstəlikləri olanlar barədə aydın məlumatlar yoxdur. 

İstehsalçıların verdiyi rəqəmləri müstəqil elmi araşdırmalarla təsdiqlənmədən dəqiq bir şey söyləmək doğru olmazdı.

Hər kəs peyvəndin hazırlanması ilə xəstəliyin bitəcəyini düşünür. Lakin bu gün peyvənd olunsanız belə, nəticə üçün bir qədər gözləmək lazımdır. Hazırlanan bütün peyvəndlər iki doza qəbul edilməlidir. Peyvəndlərin nəticəsi isə 6 həftəyə özünü biruzə verəcək.

Peyvənd olunan insanın virusdan tamamilə qorunması və başqa insana virus yayıb yaymaması ilə bağlı suallara istehsalçılar heç bir cavab verə bilmirlər.

Bütün bununla bərabər, yetərli istehsal məsələsi də hələ sual altındadır. Pfizer - BioNTech bu ilin sonuna qədər ən çox 20 milyon peyvənd istehsal edə biləcəyini söyləyib. 

Gələn il isə təxminən 600 - 650 milyon insan üçün peyvənd istehsal edə biləcəklərini bildiriblər.

Aliyə İlyas, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO