Azərbaycanda koronavirusa qarşı peyvəndin qiyməti neçəyə olacaq?

Azərbaycanda koronavirusa qarşı peyvəndin qiyməti neçəyə olacaq?

Hazırda oxunan: Azərbaycanda koronavirusa qarşı peyvəndin qiyməti neçəyə olacaq?

3416

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sınaq müddətində olan koronavirus vaksinlərini təsdiqləməsini gözləyir.

Qeyd olunub ki, bununla əlaqədar olaraq 18 sentyabr 2020-ci il tarixində Azərbaycanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə GAVI (Global Alliance for Vaccines - Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyans) arasında müqavilə imzalanıb. 

Müqaviləyə əsasən istehsal olunduğu ölkədən asılı olmayaraq ÜST tərəfindən ilk təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunan kimi, Azərbaycana gətiriləcək.

Bəs vaksinlər nə vaxt təsdiqlənəcək və Azərbaycana nə vaxt çatacaq? Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyindən Bizim.Media-ya bildirilib ki, hazırda 210-dan artıq namizəd peyvənd inkişaf mərhələsindədir.

Bunlardan 48-i insan üzərində sınaqdan keçirilir. Təxminən 10-u üçüncü sınaq mərhələsindədir.

Bu mərhələləri nəzərə alaraq, ölkəmizə ilk dozalar 2021-ci ilin aprel ayından gəlməyə başlayacaq.

O da qeyd olunub ki, ilk dozalar məhdud sayda olacağından tibb işçiləri və yaşlı insanlar kimi həssas qruplar üçün tətbiq olunacaq.

Vaksinlərin vətəndaşlara ödənişli, yaxud pulsuz tətbiq olunacağına gəlincə, TƏBİB-dən bildirilir ki, bu, vaksinlər ölkəyə gətiriləndə bilinəcək.

Xatırladaq ki, Avropa ölkələrində bir dozanın qiyməti 15.5 avro, Rusiyada 10 dollar civarındadır.

Qardaş Türkiyədə isə əhalinin peyvənd olunması pulsuz aparılacaq.

Təranə Mirzəyeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO