Yovşan koronavirusa qarşı təsirlidir - Alimlər AÇIQLADI

Yovşan koronavirusa qarşı təsirlidir - Alimlər AÇIQLADI

Hazırda oxunan: Yovşan koronavirusa qarşı təsirlidir - Alimlər AÇIQLADI

29325

Kopenhagen Universitetindən və Almaniyadakı Maks Plank Kolloidlər və İnterfeys İnstitutunun alimləri yovşanın tərkibindəki artemisinin istifadəsinin koronavirus infeksiyasının müalicəsində effektiv olduğunu sübut ediblər.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

Mənbə yazır ki, bu barədə “Science” elmi jurnalında dərc olunmuş məqalədə deyilir.
 

MÖVZU İLƏ BAĞLI:

Zəfəranla müalicə - Bu xəstəliklərdə şəfadır


Qeyd olunur ki, alimlər araşdırmaları nəticəsində hazırda qlobal miqyasda dolaşan SARS-CoV-2 ştamlarının çoxu ilə oxşar olar, başqa sözlə, ilkin Uhan ştammından fərqlənən COVID-in Almaniya və Danimarka variantlarının müalicəsində artemisinindən istifadənin effektivliyini təsdiq ediblər.

Məqalə müəllifləri, həmçinin bildiriblər  ki, artemisinin əsaslı dərmanlar yalnız təhlükəsiz deyillər, həm də nisbətən aşağı xərclərlə dünya səviyyəsində yayılma perspektivinə malikdirlər.

Bundan əlavə, alimlər artemisinindən alınan artesunat və artemeter maddələrinin də koronavirusu məhv etməyə qadir olduğunu aşkar ediblər.

Hazırda artemisinin və ondan alınan maddələr Afrikada ən çox yayılmış xəstəliklərdən biri olan tropik malyariyaya qarşı dərmanın komponentləri kimi istifadə olunur.

Alimlər yaxın zamanlarda artemisinindən hazırlanan potensial preparatların COVID-19 ilə mübarizədə effektivliyini təyin etmək üçün klinik sınaqlara başlamağı planlaşdırırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO