“Heç bir dördüncü dalğa olmayacaq! Dalğa oyunları ilə insanları stresə salmayın!”.
Bizim.Media xəbər verir ki, koronavirusa yoluxmuş xəstələrin müalicəsində birbaşa iştirak etmiş həkim-radioloq Aydın Əliyev “Facebook” hesabında bu barədə bildirib.
MÖVZU İLƏ BAĞLI:
Koronavirusun yaranma səbəbi aydınlaşdı – UHANDAN YENİ XƏBƏR GƏLDİ
O, qeyd edib ki, Azərbaycanda cəmi 1 epidemik alovlanma olub:
“Azərbaycanda karantin sərtləşdiriləndə yoluxma azalıb, yumşaldılanda artıb. Bu dalğa deyil...Dalğa odur ki, eyni karantin şərtlərində yoluxma artıb azalsın”.
Həkim dördüncü dalğa proqnozu verənlərə çağırış edib:
“Bu proqnozu verəndə bir qədər düşünün. Pandemiya bitər-bitməz əksər insanlarda psixi-nevroloji problemlər ciddi şəkildə artmaqdadır. Yenidən insanları stresə salmaq olmaz! Bu ciddi fəsadlar yarada bilər! Yığışdırın bu dalğa oyunlarını! Nə olacaqsa olacaq. Situasiyaya uyğun davranılmalıdır! Yoxsa, su gəlməmiş çırmanırıq yenə?”
Alçina Amilqızı, Bizim.Media