Hindistan ştammı HƏYƏCANI başladı - TƏBİB açıqlayacaqmı?

Hindistan ştammı HƏYƏCANI başladı - TƏBİB açıqlayacaqmı?

Hazırda oxunan: Hindistan ştammı HƏYƏCANI başladı - TƏBİB açıqlayacaqmı?

26141

Türkiyədə 134 nəfərdə koronavirusun Hindistanda meydana çıxan “delta” ştammına yoluxma faktı qeydə alınıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca AK Partiyanın Baş qərargahında millət vəkilləri ilə keçirilən iclasda açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirusdan vəfat edən olmayıb - Rəsmi STATİSTİKA 


Məlumdur ki, Türkiyə-Azərbaycan arasında sıx əlaqələr mövcuddur – hava yolları nəqliyyatı da bərpa edilib. Ştammın Azərbaycana keçmə ehtimalı varmı?

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə Bizim.Media-ya açıqlamasında bildirib ki, Hindistan ştammının Azərbaycanda yayılma ehtimalı realdır: 

“Türkiyə bizə sərhəd ölkədir. Digər tərəfdən isə yay ayıdır, insanlar daha çox səfər edirlər. Türkiyəyə, Rusiyaya gedib-gələnlər çoxdur. Eyni zamanda elə ölkələr var ki, onlarda bəlkə də Hindistan ştammı yayılıb, amma təsdiqlənmir. Bu baxımdan ştammın Azərbaycana keçmə ehtimalı var. Amma biz xəstəni müayinə etməklə, deyə bilmərik ki, onda Hindistan, Böyük Britaniya və ya başqa ştammdır.
 

Bu yalnız polimeral zəncirvari reaksiya nəticəsində aşkar oluna bilər. Bu müayinə üsulu da TƏBİB-in tabeliyində olan labaratoriyalardadır. Ona görə də yalnız TƏBİB-dən deyə bilərlər ki, Azərbaycanda Delta ştammı var və ya yoxdur. Hesab edirəm ki, əgər Azərbaycanda Hindistan ştammına yoluxma halı olsa, Operativ Qərargah açıqlayacaq.”


İnfeksionist bu ştamma yoluxmadan qorunmaq üçün də gigiyenik tələblərə əməl edilməsinin vacib olduğunu deyib:

“Bu koronavirusun mutasiya olunmuş yeni ştammıdır, onun müayinə, müalicə və prafilaktikası digərlərində olduğu kimidir. Yəni maska taxmaq, qapalı yerlərə getməmək, xəstə olan şəxslərlə münasibətdə olmamaq tövsiyə olunur”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO