Farmakoloqdan İTTİHAM: “Virusdan bioloji silah kimi istifadə edirlər”

Farmakoloqdan İTTİHAM: “Virusdan bioloji silah kimi istifadə edirlər”

Hazırda oxunan: Farmakoloqdan İTTİHAM: “Virusdan bioloji silah kimi istifadə edirlər”

22327

“Dünyada yeni ölümcül virus əmələ gələcək” – Dünya koronavirus bəlasından qurtulmamış Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesusdan ölkələrə yeni xəbərdarlıq gəldi.

74-cü Ümumdünya Səhiyyə Assambleyasında çıxış edən ÜST rəhbərinin sözlərinə görə, dünya pandemiya təhlükəsi ilə sonuncu dəfə qarşılaşmır: 

"Təkamül dəyərlərinə görə, yeni virus əmələ gələcək, potensial olaraq indiki virusla müqayisədə daha yoluxucu və daha ölümcül olacaq” - deyə baş direktor dünya ölkələrinə xəbərdarlıq ünvanlayıb.

Vaxtilə Çində meydana gəldiyi iddia olunan koronavirusun dünya ölkələrinə yayılmasının qarşısını ala bilməyən ÜST təmsilçisinin bu açıqlaması qəzəblə qarşılanıb. Xatırladaq ki, koronavirus pandemiyası yayılmazdan illər öncə, 2015-ci ildə “Mikrosoft”-un rəhbəri Bill Qeytsin dünyanın qarşıdakı illərdə viruslarla mübarizə aparacağını bildirməsi uzun müddət müzakirə predmetinə çevirilmişdi. Qabaqcadan bu cür açıqlamaların verilməsi virusların məqsədli şəkildə yaradılması və yayılması ilə bağlı iddiaların əsaslı görünməsinə imkan verir.  
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycana gətirilən dərmanların tərkibi dəyişdirilir? – İDDİA


Azərbaycan Tibbi Universitetinin müəllimi, formokoloq alim Aydın Əliyev hesab edir ki, ümumiyyətlə dünyada xəstəliklərin artması, anormal idarəçilik sistemi ilə bağlıdır. Onun fikrincə, ÜST-dən bu cür açıqlama verilməsi pandemiyanın yayılmasının da bu cür idarəçilik sistemi ilə bağlı olduğuna dəlalət edir:

“Xəstəliklərlə, qidalarla, su, müharibə ilə insanların həyatlarını əlindən alırlar. Söhbət yalnız indi sözügüdən virusdan getmir. Onkoloji, ürək-damar, diabet xəstəliklərinin də artımı yüksək həddədir”.

Koronavirusun və ya indi sözügedən hansısa virusun qəsdən yayıldığını iddia edirsiniz?

Farmakoloq alim “Ya zəlzələdən ya vəlvələdən –xəstəliklər ya yaradılır, ya da təbiətin başına elə oyunlar açırlar ki, onlar meydana çıxır. 15 yük gəmisinin dünya ekologiyasına təsiri bütün dünya avtomabillərinin zəhərinə bərabərdirsə, onda vəziyyəti təsəvvür etmək çətin deyil”- deyə sualı cavablandırdı

Bu cür viruslar bioloji silah olaraq hazırlanır?

Aydın Əliyev bunu mümkün hesab etdiyini dedi: 

“Hələ 30-cu illərdə Stalin xəstəliklərdən bioloji silah kimi istifadə olunması üçün laboratoriya açdırmışdı. Bəli, indi də xəstəliklərdən, dərmanlardan bioloji silah kimi istifadə olunur”. 

Aydın Əliyev hesab edir ki, yerli ərzaqların qəbul edilməsi, xaricdən ərzaq idxalının azaldılması, ekologiyanın qorunması ilə xəstəliklərdən qorunmaq olar. 

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO