Koronavirusla bağlı mühüm açıqlama - \'\'Təkrar peyvənd oluna bilərsiniz\'\'

Koronavirusla bağlı mühüm açıqlama - \'\'Təkrar peyvənd oluna bilərsiniz\'\'

Hazırda oxunan: Koronavirusla bağlı mühüm açıqlama - \'\'Təkrar peyvənd oluna bilərsiniz\'\'

17293

''Müəyyən zaman çərçivəsində əhalinin 60-70 faizində koronavirusa qarşı kollektiv immunitet yaranmasa, xüsusi risk qrupuna daxil olunan şəxslərə təkrar peyvənd vurula bilər''.

Bizim.Media xəbər verir ki, bu  barədə ARB24-ün "İşgüzar səhər" verilişinə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, Nuran Abdullayev deyib.

Alimin sözlərinə görə, bu porsses təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində baş tutua bilər.

''Artıq İngiltərədə məlumat yayılıb ki, payızda yaşı 60-dan yuxarı xüsusi risk qrupunda olan şəxslərə peyvəndin yenidən vurulması gözlənir".

Koronavirusa qısa zaman ərzində yenidən yoluxma məsələsinə gəlincə N. Abdullayev  bunun mümkün olmadğını açıqlayıb:

"Koronavirusa yenidən yoluxma məsələsi elmdə çox müzakirə olunan məsələdir. Elmi cəhətdən COVİD-19-a yoluxan şəxslərin 3-4 ay müddətində virusa yoluxaraq xəstəliyi ağır keçirməsi mümkün deyil. Əgər yoluxsalar belə, mütləq yüngül simptomlarla keçirəcəklər. Onların başqalarını yoluxdurma ehtimalı isə çox azdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO